Uşaqlarda İnfeksiya - Uşaq Hematologiyası - Riskli Körpələr

Son yeniləmə tarixi: 05.08.2024 07:52:40
Uşaq Sağlamlığı və Xəstəlikləri
Uşaq Sağlamlığı və Xəstəlikləri Klinikası
Həyata “Salam” deyən hər insan Liv Bona Dea Hospital üçün çox dəyərlidir. Bu səbəblə, dünyaya gözlərini açan körpədən yeniyetməliyə addım atmağa hazırlaşan uşağa qədər hər kəsin ehtiyaclarına uyğun müalicələr Liv Bona Dea Hospital Uşaq Sağlamlığı və Xəstəlikləri Klinikasında aparılır.
Uşaq Sağlamlığı və Xəstəlikləri Bölməsində Keyfiyyətli Tibbi Xidmət
Liv Bona Dea Hospital Uşaq Sağlamlığı və Xəstəlikləri Klinikası gələcəyimiz olan uşaqlarımızı qorumaq və onları daha sağlam fərdlər olaraq böyütmək məqsədilə hər cür tibbi xidmətin ən keyfiyyətlisini təqdim etməyi hədəfə alır.
Uşaq Sağlamlığı və Xəstəlikləri Bölməsi Neçə Yaşa Qədər Baxır?
Uşaq Klinikasında 24 saat müddətində 0-18 yaş arası bütün uşaq xəstələrinin diqnostikası və müalicələri uşaq klinikaları, xəstə yatış otaqları və təcili tibbi yardım bölməsində həyata keçirilir. Uşaq Sağlamlığı və Xəstəlikləri Klinikası tətil günlərində də olmaqla, 7/24 xidmət göstərir, uşaqların müntəzəm təqibləri aparılır və peyvəndləri vurulur.
Alt-İxtisas Klinikalarında Müvafiq Filial üçün Diaqnostika və Müalicə Aparıla Bilir
Uşaq Nefrologiyası
Uşaq Revmatologiyası
Uşaq Kardiologiyası
Uşaq Endokrinologiyası
Uşaq İnfeksiyası
Uşaq Allergiyası və İmmunologiyası
Uşaq Qastroenterologiyası
Uşaq Nevrologiyası
Uşaq Hematologiyası
Uşaq və Yeniyetmə Psixiatriyası
Uşaq Cərrahiyyəsi və Urologiyası
Riskli Körpə Klinikası
Uşaq Sağlamlığı və Xəstəlikləri Bölməsində 24 Saat Həkim-Mütəxəssis Xidmət Göstəri
24 saat həkim-mütəxəssisin xidmət göstərdiyi Liv Bona Dea Hospital Uşaq Sağlamlığı və Xəstəlikləri Klinikası 18.00-20.00 saatları aralığında da klinik müayinəni həyata keçirir. Körpəlikdən 18 yaşınadək bütün uşaqların ehtiyaclarına uyğun qabaqcıl diaqnostik və müalicə üsulları həyata keçirilir. Xəstələr təcrübəli müəllimlər və mütəxəssislər tərəfindən müasir və ortaq elmi proqramlar çərçivəsində diqqətlə dəyərləndirilir.
Uşaq Sağlamlığı və Xəstəlikləri Bölməsi Əyləncəli Bir Məkan Olaraq Dizayn Edilmişdir
Liv Bona Dea Hospital Uşaq Sağlamlığı və Xəstəlikləri Klinikasını əyləncəli məkan olaraq dizayn edən Liv Bona Dea Hospital uşaqlarını xəstəxanaya gətirməkdə çətinlik çəkən valideynlərin işini asanlaşdırır. Klinikamız uşaqlar üçün xüsusi olaraq hazırlanmış, həkim qorxusunu üstələyəcək şəkildə əyləncəli vəziyyətə gətirilmişdir. Gözləyən anaların bütün ehtiyaclarını qarşılaya biləcək tam təchizatlı əmizdirmə otağı hazırlanmışdır. Xəstəlik zamanı körpə və uşaqları müşahidə altında saxlamaq və qısamüddətli müalicələrini aparmaq üçün müşahidə otağı mövcuddur.
Uşaq Sağlamlığı və Xəstəlikləri Bölməsində Ətraflı İnkişaf Təqibi
Liv Bona Dea Hospitalda doğulan körpələrin aylıq təqibləri aparılır, hər körpə 1 yaşına çatdıqda mütəxəssis pedaqoq tərəfindən inkişaf testləri ilə dəyərləndirilir. Uşaq inkişafı üzrə mütəxəssis tərəfindən uşaqların yaşına uyğun əqli və fiziki inkişafları obyektiv testlərlə dəyərləndirilir. Müşahidə zamanı aparılmalı olan bütün araşdırmalar və dəstək proqramları (göz müayinəsi, diş müayinəsi, nitq gerilikləri, fiziki reabilitasiya, genetik konsultasiya və s.) müvafiq filiallarla koordinasiyalı şəkildə davam etdirilir.
Uşaq Sağlamlığı və Xəstəlikləri Bölməsində Təcrübəli Pediatrik Tibb Bacıları
Liv Bona Dea Hospital Uşaq Sağlamlığı və Xəstəlikləri Klinikasında laborator müayinələr təcrübəli pediatrik tibb bacısı tərəfindən aparılır. Sağlam uşaq müşahidəsi (peyvədləmə, qidalanma, böyümə-inkişaf, skrininqlər) və xəstəlik zamanı bütün həkimlərimiz hər zaman əlçatandır. Liv Bona Dea Hospitalda doğulmuş hər körpə evə buraxıldıqdan sonra evdə baxım xidmətləri tərəfindən bir dəfə evdə ziyarət edilir və ehtiyacları müəyyən olunur.