Backrgound Image
Home Icon
Arrow
Arrow
Uşaqlarda İshal Nə Dərəcə Təhlükəlidir?

Uşaqlarda İshal Nə Dərəcə Təhlükəlidir?

Calendar Icon
04 mart 2025
Doctor Image
Liv Bona Dea Hospital Bakü
Uzm.Dr. YALÇIN MİRZƏYEV
Uşaq Sağlamlığı və Xəstəlikləri
Məqalənin məzmunu
  • Uşaqlarda qarın getməsi zamanı nə etməli?
  • Uşaqlarda ishal və qusma
  • Uşaqlarda qarın getmə qızdırma
  • Uşaqlarda ishal üçün dərman vasitələri
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon

Uşaqlarda qarın getməsi zamanı nə etməli?

Uşaqlarda ishal, yəni qarın getməsi, valideynləri ən çox narahat edən hallardan biridir. Uşaqlarda ishal zamanı nə etməli? Bunun üçün ilk olaraq, uşağın susuzlaşmasının qarşısını almaq üçün bol maye qəbul etməsini təmin etmək lazımdır. İshal zamanı orqanizm çoxlu su və elektrolit itirdiyindən, bu itkinin bərpa olunması vacibdir. Həmçinin, uşağın yatmaq və dincəlmək üçün kifayət qədər vaxt ayırması sağalma prosesini sürətləndirir. Uşaqlarda qarın getməsi zamanı nə etməli sualına bir neçə tövsiyyəmiz var:

 

Su və elektrolit məhlullarının qəbulu olduqca vacibdir.
Yüngül və həzmi asan qidalar olan banan, düyü suyu, alma püresi və qatıq bağırsaq mikroflorasını normallaşdırmağa kömək edəcək.
Yağlı və ədviyyatlı qidalardan uzaq durmaq önəmli amillərdən biridir. Bu qidalar mədə-bağırsaq sistemini daha da qıcıqlandıra bilər.
Kifayət qədər istirahət etmək şərtdir! Yorğun orqanizm xəstəliyin öhdəsindən gec gələ bilər.

 

 

Əgər uşağın ishalı 24 saatdan çox davam edirsə, nəcisində qan və ya selik varsa, uşağın əhvalı getdikcə pisləşirsə, mütləq pediatra müraciət edilməlidir!

 

 

Uşaqlarda ishal və qusma

İshalın qusma ilə müşayiət olunması daha təhlükəli bir vəziyyətin göstəricisi ola bilər. Bu vəziyyət adətən qida zəhərlənməsi, virus və ya bağırsaq infeksiyaları səbəbilə baş verir. Əgər uşaq həm ishal, həm də qusma edirsə, qidalanmaya və maye qəbuluna xüsusi diqqət yetirilməlidir. Həmçinin, uşaqda halsızlıq və iştahsızlıq müşahidə edilirsə, bu, onun bədəninin ciddi bir infeksiya ilə mübarizə apardığını göstərə bilər.

 

Bu zaman uşaqlara kiçik qurtumlarla su və ya elektrolit məhlulu verin. Birdən birə çox su içmək qusmanı artıra bilər. Uşaqlarınızı ishal zamanı ancaq yüngül olan qidalarla qidalandırın. Bulyon, düyü, qaynadılmış kartof və alma püresi mədəni sakitləşdirir. Onların istirahət etməsinə diqqət edin! Yorğunluq bədənin bərpa olunmasını çətinləşdirə bilir. Uzun müddət davam edən qusma və ishal ciddi problemlərə səbəb ola bilər. Bu zaman mütləq həkimə müraciət edin. 

 

Əgər qusma və ishal uzun müddət davam edirsə, uşaqda halsızlıq və susuzlaşma əlamətləri varsa, təcili tibbi yardım çağırılmalıdır! Uşaqlarda ishal və qusma, uşaqlarda ishal zamanı nə etməli kimi suallara cavabı həmçinin Bona Dea-da tapa bilərsiniz. Peşəkar həmkarlarımız bu vəziyyətin öhdəsindən gələ bilmək üçün sizə ilkin yardımları göstərə bilər və müalicə ərəfəsində sizə dəstək olmağa hazırdılar!

 

Uşaqlarda qarın getmə qızdırma

Bəzi hallarda uşaqlarda ishal və qızdırma birlikdə baş verə bilər. Bu, orqanizmin infeksiya ilə mübarizə apardığını göstərə bilər. Uşaqlarda qarın getmə və qızdırma hallarında aşağıdakı addımları atmaq vacibdir:

 

  • İlk olaraq uşağın temperaturunu ölçün. 38°C-dən yuxarı olarsa, qızdırmasalıcı tədbirlər görülməlidir.
  • İkinci olaraq bol maye qəbuluna diqqət edin. Su, kompot və ya elektrolit məhlulları itirilən mayeni bərpa etməyə kömək edəcək.
  • Daha sonra uşaqlarda qarın getmə qızdırma zamanı  qidalanmaya diqqət edin. İmmuniteti gücləndirmək üçün vitamin və minerallarla zəngin qidalara üstünlük verilməlidir.
  • Əgər yüksək hərarət varsa, uşaqların paltarlarını nazik edin. Qızdırmanın artmaması üçün uşağın çox qalın geyinməməsi vacibdir.

 

Əgər uşağın qızdırması yüksəkdirsə və 3 gündən çox davam edirsə, mütləq həkimə müraciət edilməlidir. Uzun müddətli yüksək qızdırma orqanizmin zəifləməsinə və ciddi fəsadlara yol aça bilər.

 

Uşaqlarda ishal üçün dərman vasitələri

İshal müalicəsində dərman istifadəsi həkim məsləhəti olmadan tövsiyə edilmir. Ancaq bəzi hallarda uşaqlarda ishal üçün dərman vasitələri həkim nəzarəti altında müəyyən olunmuş dozalarda istifadə oluna bilər. İshalın səbəbi bakterial infeksiya, virus və ya qida həssaslığı ola bilər, buna görə də müalicə səbəbdən asılı olaraq dəyişir.

 

Probiotiklər
Elektrolit məhlulları
Bağırsaq qoruyucu preparatlar
Təbii vasitələr 

 

Probiotiklər bağırsaq mikroflorasını bərpa edərək həzm sistemini gücləndirir. Bağırsaq qoruyucu preparatlar isə zərərli maddələrin bağırsaqdan xaric olunmasını sürətləndirir. Təbii vasitələr olan qatıq, nanə çayı və düyü suyu kimi təbii həllər bağırsaqları sakitləşdirə bilər. Uşaqlarda ishal üçün dərman vasitələri və təbii vasitələr kömək etməzsə, o zaman ciddi bir problemin olma ehtimalı yüksəkdir. Uşaqlarda ishal uzun müddət davam edərsə, qızdırma, halsızlıq və ya susuzlaşma əlamətləri müşahidə olunarsa, peşəkar tibbi yardım alınmalıdır! Bona Dea Hospitalında pediatrlarımız sizin üçün daim hazırdır. Onlayn qeydiyyatdan keçin və peşəkar yardım alın!

* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
04 mart 2025 11:01:45
Liv Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!