Fizioterapiya nədir - Fizioterapiya növləri - Fizioterapiya faydaları

Liv Bona Dea Hospital Fizioterapiya və Reabilitasiya Klinikasında elektroterapiya bölmələri (TENS, ultrasəs, qısa dalğa, lazer, qalvanik və diadinamik cərəyanlar, elektrik əzələ stimulyasiyası), cybex, traksiya, ESWT, biofeed-back, maqnit oturacaq, maqnit sahəsi terapiyası və hidroterapiya kimi son texnologiyalara uyğun müasir cihazlarla təchiz olunub.

Son yeniləmə tarixi: 05.08.2024 08:27:26

Fizioterapiya və Reabilitasiya Klinikası

Liv Bona Dea Hospital Fizioterapiya və Reabilitasiya Klinikasında elektroterapiya bölmələri (TENS, ultrasəs, qısa dalğa, lazer, qalvanik və diadinamik cərəyanlar, elektrik əzələ stimulyasiyası), cybex, traksiya, ESWT, biofeed-back, maqnit oturacaq, maqnit sahəsi terapiyası və hidroterapiya kimi son texnologiyalara uyğun müasir cihazlarla təchiz olunub. Müalicə zamanı biodex, treadmill, velosiped, CPM, həmçinin idman üçün lazım olan müxtəlif alət və avadanlıqlardan istifadə edilir.

Ortopedik Reabilitasiya Nədir?

Onurğa cərrahiyyəsi

Total diz, qalça, dirsək və çiyin protezi əməliyyatları

Çiyin rotator cuff təmir əməliyyatı

ÖÇB rekonstruksiyası əməliyyatı

Menisektomiya kimi artroskopik diz əməliyyatı

Artroskopik qalça impingement əməliyyatları

Axilles vətəri təmiri

Tələ neyropatiya əməliyyatları (CTS, TTS, Kubital tunel sindromları)

Ətraflardakı tendon, sinir lezionu və təmiri

Sınıq reabilitasiyası

Sudeck atrofiyası (RSD)

Donuq çiyin

Konromalazi Patella və s.

 

Nevroloji Reabilitasiya Nədir?

Xəstələrdə tarazlıq, ambulasiya, gündəlik həyat fəaliyyətləri, əzələ gücü və funksiya itkilərini bərpa etmək üçün həyata keçirilir.

 Onurğa beyni zədələnmələri

 Beyin zədələnməsi

 CP

 MS

 İnsult

 ALS

 Parkinson

 Fasial paraliz (Üz iflici)

 Miopatiya

Gərginlik tipli baş ağrısı

Xroniki bel ağrıları və s.

 

İdman Reabilitasiyası Nədir? 

Kürək, bel və boyun ağrıları

Əzələ, tendon zədələnmələri

Bağ və oynaqlardakı dartınma və ya burxulmalar

Sınıqdan sonra reabilitasiya

Əzələ qısalığı, zəifliyi və kondisiyanın ölçülməsi və reabilitasiyası və s.

 

Revmatizm Xəstəliklərində Reabilitasiya Nələrdir?

Fibromialgiya, miofasial ağrı sindromları

Artroz (kirəclənmə)

Ankolizan spondilit

 

Pediatrik Reabilitasiya Nədir?

Serebral Palsi (CP)

Tortikolis

Erb –Duschen palsi

Duchenne əzələ distrofiyası

Kongenital deformasiyalar və s.

Xroniki revmatoidli artrit deformasiyaları üçün reabilitasiya və s.

 

Plastik Əməliyyatdan Sonra Reabilitasiya Nədir?

Yanıq reabilitasiyası

Botoks prosedurundan sonra həddindən artıq zəiflik

Flep tətbiqindən sonra qanlanmanın artırılması

Kosmetik əməliyyatdan sonra ağrını azaltmaq üçün müalicə

Kontraktura və s.

 

Qadın Sağlamlığı və Reabilitasiyası Nədir?

Doğuşdan əvvəl və sonra pelvik ağrılar

Hamilələr üçün duruş analizi və məşq təlimi                                              

Sidik qaçırma (stres, urgent sidik saxlamazlıq)

Dismenoreya

Vaginizm

Disparanoya

Çanaq dibi əzələlərinin zəifliyi ilə müşahidə edilən digər xəstəliklər

Hamiləlikdə yaranan qalça və bel ağrısı (piriformis sindromu, koksalgiya, lumbar hiperlordoz

Hiperemezis gravidarum (xüsusilə ilk üç ayda qusmaların azaldılması)

 

TƏQDİM OLUNAN XİDMƏTLƏR 

Kardiopulmonar Reabilitasiya

Kardiopulmonar reabilitasiya ürək və tənəffüs yolları xəstəliklərində tətbiq edilən reabilitasiya üsuludur. Kardiak reabilitasiya və pulmonar reabilitasiyaya bölünür. Liv Bona Dea Hospital Fizioterapiya Klinikasında tətbiq edilən Kardiopulmonar Reabilitasiyasının məqsədi xəstənin həyat keyfiyyətini və müddətini uzatmaq, xəstəlik risklərini minimuma endirmək, fəsadların qarşısını almaq və azaltmaqdır.

Kardiak Reabilitasiya

Kardiak Reabilitasiya ürək xəstəliyi olan bir insanın fiziki, sosial, psixoloji və peşə fəaliyyətinin optimal səviyyəsinə çatması üçün edilən bütün reabilitasiya işləridir. Liv Bona Dea Hospital Fizioterapiya Klinikasında miokard infarktı və koronar arteriya xəstəlikləri (KAX), koronar angioplastika, koronar arteriya bypass qreftləmə (KABG), ürək qapaqlarının dəyişdirilməsi, ürək transplantasiyası, xroniki ürək çatışmazlığı, kardiomiyopatiya kimi xəstəliklərdə tətbiq edilir.

Kardiak reabilitasiya necə və kimlər tərəfindən həyata keçirilir? 

Liv Bona Dea Hospitalda Kardiak Reabilitasiya fizioterapiya və reabilitasiya mütəxəssisləri, kardioloqlar, fizioterapevtlər, dietoloqlar, tibb bacıları və psixoloqlardan ibarət bir qrup tərəfindən həyata keçirilir. Kardiak Reabilitasiya proqramına xəstələrin qiymətləndirilməsi, qidalanma tövsiyələri, lipid müalicəsi, hipertoniya müalicəsi, siqaretdən imtina ilə bağlı məsləhətlər, çəkiyə nəzarət, diabet müalicəsi, psixososial qiymətləndirmə və müalicə, fiziki aktivliklə bağlı məsləhətlər və məşq təlimi daxildir. 

Kardiak reabilitasiyanın faydaları nələrdir?

Kardiak reabilitasiya proqramı ilə ürək tutması və ani ölüm riski azaldılır.

Ürək-damar funksiyaları və tutumu maksimum dərəcədə artır.

Damar tıxanmasının qarşısı alınır.

Fərdin dözümlülüyü artır, ağciyər tutumu artır, yorğunluğu azalır, nəfəs alması yaxşılaşır, daha uzun məsafələri yeriyə bilir, pilləkənləri daha rahat çıxa bilir.

Həyat keyfiyyəti yüksəlir, narahatlığı azalır, yuxusu nizamlı olur və peşəsinə qayıda bilir.

Ürəyə birbaşa müsbət təsirləri var (endotelin bərpası, plakların stabilləşməsi). Qan təzyiqi tənzimlənir.

 

 

Liv Sağlamlıq guşəsi
Left Arrow
Right Arrow