Revmatizm nədir?
Revmatizm nədir? Revmatizm, əsasən oynaqlara, əzələlərə və birləşdirici toxumalara təsir edən, sağlamlıq üçün narahatlıq yaradan iltihabi bir xəstəlikdir. Bu xəstəlik zamanı bədəndə iltihab yaranır və müxtəlif orqanlara təsir göstərir. Əsasən də oynaqlara ciddi təsir edən revmatizmanın yaranmasına genetik faktorlar, infeksiyalar və otoimmün problemləri səbəb ola bilər. Revmatizma ağrıları necə olur? Bu suala cavab olaraq deyə bilərik ki, revmatizm zamanı əsasən:
- Oynaq ağrıları
- Oynaqlarda sərtlik və şişkinlik kimi simptomlar müşahidə edilir.
Xəstəlik irəlilədikcə ağrılar xroniki hala çevrilir. Bunun nəticəsində xəstələrdə gündəlik həyat keyfiyyəti azala bilər. Əgər siz də bu simptomları özünüzdə müşahidə edir və bunlardan narahatlıq duyursunuzsa, zamanında müalicə almaq və bu xəstəliyin xroniki hala çevrilməsinin qarşısını almaq olduqca önəmlidir. Vaxtında qoyulmuş diaqnoz ilə siz normal həyat tərzinizə daha tez qayıda və müalicə yollarını da asanlaşdıra bilərsiniz.
Ayaqda revmatizm əlamətləri
Ayaqda revmatizm əlamətləri necə olur və bu xəstəlik özünü necə biruzə verir? Adətən iki simptom ayaqda revmatizma əlaməti olaraq bilinir:
- Əsasən oynaqlarda olan şiddətli ağrılar
- Əzələ ağrıları olduğu hallarda bu xəstəlikdən şübhələnmək olar.
Ayaqda revmatizma zamanı ilk simptomlardan biri səhərlər oynaqlarda sərtlik və hərəkət məhdudiyyətidir. Bu nə deməkdir? Xəstələr uzun müddət hərəkətsiz qaldıqda və ya gecə yuxudan oyandıqda ayaqda sinir ağrıları hiss edə bilərlər. Bununla yanaşı, ayaqlarda şişkinlik, qızartı və hətta yerimədə çətinlik də revmatizmanın əlamətlərindən hesab edilir. Unutmayın ki, dəqiq diaqnozun qoyulması və xəstəliyin qarşısının alınması üçün mütəxəssisə müraciət edilməlidir.
Revmatizm əlamətləri
Revmatizm əlamətləri ümumi olaraq hansılardır? Revmatizmanın müxtəlif növləri olduğu üçün simptomları da fərqli ola bilər. Revmatizmanın əlamətləri arasında nələr yer tutur gəlin birlikdə baxaq:
- Oynaqlarda ağrı və şişkinlik
- Səhər saatlarında oynaq sərtliyi
- Yorğunluq və ümumi halsızlıq
- Bədən temperaturunun yüksəlməsi
- Dəri altında revmatik düyünlər
- Ürək döyüntüsündə dəyişikliklər
- Əzələ və bağlarda ağrılar
Bu simptomlar xüsusilə səhər saatlarında daha çox hiss olunur və gün ərzində tədricən azalır. Revmatizm qan analizi xəstəliyin diaqnozunda mühüm rol oynayır. Çünki qan analizi zamanı iltihabi göstəricilər və otoimmün markerlər vasitəsilə revmatizmanın növü və şiddəti daha yaxşı təyin edilir. Həkim məsləhəti ilə təyin edilmiş qan analizlərini mütləq vermək və xəstəliyin müalicəsi üçün zəruri olan addımları atmaq olduqca önəmlidir.
Revmatizmin ev şəraitində müalicəsi
Revmatizmin ev şəraitində müalicəsi mümkündürmü? Revmatizmanın müalicəsi uzunmüddətli bir proses olduğunudan, ev şəraitində bəzi üsullarla xəstəliyin təsirlərini azaltmaq mümkündür. Müalicə prosesində nəzərə alınmalı bir neçə amillər var ki, xəstəlikdən əziyyət çəkən şəxsələ bu barədə məlumat ötürülür. Ev şəraitində müalicə olunduqda düzgün qidalanma, fiziki aktivlik və stressin azaldılması vacib amillərdəndir. Ayaqda olan şişkinlik səbəbi revmatizmanın səbəb olduğu iltihabi proseslə əlaqəli ola bilər. Buna görə də, duzlu qidaların məhdudlaşdırılması və bol su içilməsi tövsiyə olunur. Ayaqda revmatizma zamanı isti və ya soyuq kompreslər tətbiq etmək, masaj və fizioterapiya kimi üsullar ağrını azaltmağa kömək edə bilər. Stressin azaldılması isə müalicənin daha effektiv nəticələnməsi üçün zəruridir. Sadalanan məqamlar nəzərə alınarsa, təbii ki ev şəraitində alınan müalicənin nəticəsi də mütləq ki olacaq.
Revmatizma analizi qiyməti
Revmatizma analizi qiyməti bir neçə faktordan asılıdır. Əsasən, seçilən laboratoriyanın avadanlıqları, analizlərin növü və həkimin tövsiyə etdiyi əlavə testlər qiymətə təsir göstərir. Bu analizlər arasında:
- İltihab göstəriciləri
- Otoimmün markerlər
- Xüsusi revmatoloji testlər yer alır.
Ürək revmatizmi xüsusilə uşaqlıq dövründə streptokok infeksiyasından sonra meydana gələn və ciddi ürək problemlərinə yol açan revmatizm növüdür. Buna görə də, revmatizmanın erkən diaqnozu və düzgün müalicəsi böyük əhəmiyyət daşıyır. Qanın ümumi analizi, revmatizm qan analizi və iltihab göstəricilərinin yoxlanılması üçün müxtəlif testlər aparılır. Bundan əlavə, ürək revmatizmi riski olan xəstələrdə daha geniş diaqnostik prosedurlar tələb oluna bilər ki, bu da qiymətə təsir edən amillər arasında yer alır. Müasir laboratoriyalarda istifadə olunan texnologiya da analiz xərclərinə təsir edir.
İltihablı revmatizma
İltihablı revmatizma, xroniki iltihabi proseslər nəticəsində meydana gəlir. Əsasən otoimmün sistemin pozulması ilə əlaqəli olan bir xəstəlikdir. Revmatizm nədən yaranır? Bu suala cavab olaraq, əsas səbəblərdən 3 amil göstərə bilərik:
- Genetik meyillilik
- Otoimmün problemlər
- İnfeksiyalar bu xəstəliyin əsas səbəbləri arasında göstərilə bilər.
Xəstəliyin erkən mərhələlərində diaqnoz qoyulması və uyğun müalicə üsullarının tətbiq edilməsi oynaq və toxuma zədələnməsinin qarşısını almağa kömək edə bilər. Oynaq və toxuma zədələnməsinin qarşısı alındıqda, xəstənin hərəkət qabiliyyəti yaxşılaşır və gündəlik fəaliyyətlərini daha rahat yerinə yetirə bilir. Ağrının və iltihabın azalması nəticəsində həyat keyfiyyəti yüksəlir, yorğunluq və diskomfort hissi minimuma enir. Bundan əlavə, revmatizmin ağırlaşmasının qarşısı alınaraq, oynaq deformasiya riski azaldılır və uzunmüddətli sağlamlıq qorunur. Erkən müdaxilə və müalicənin üstünlüyü ondan ibarətdir ki, xəstələr daha aktiv həyat tərzi keçirə bilir və gələcəkdə cərrahi müdaxiləyə ehtiyac azalır.
Revmatizm müalicəsi
Revmatizmin müalicəsi xəstəliyin növünə və şiddətinə görə fərqlənir. Adətən xəstələrə dərman müalicəsi, fizioterapiya və həyat tərzində dəyişikliklər tövsiyə edilir. Revmatizm dərmanları iltihabı azaltmaq və oynaq ağrılarını yüngülləşdirmək üçün istifadə olunur. Bununla yanaşı, bəzi hallarda revmatizm üçün iynə tətbiq edilərək oynaq içərisinə kortikosteroidlər yeridilir. Bu iynələr, iltihabı azaltmaq və ağrıları minimuma endirmək üçün effektiv üsullardan biri hesab edilir. Müalicə prosesi zamanı xəstələrin həkim nəzarətində olması və mütəmadi olaraq analizlər verməsi vacibdir.
Bona Dea Hospitalında revmatizma müalicəsi müasir tibbi texnologiyalar və fərdi yanaşma əsasında həyata keçirilir. Xəstələr üçün revmatizmin diaqnostikası, dərman müalicəsi, fizioterapiya və həyat tərzi dəyişikliyi kimi müxtəlif üsullar tətbiq olunur. Peşəkar revmatoloqlar xəstəliyin gedişatını izləyərək, ən effektiv müalicə planını təyin edirlər. Bona Dea Hospitalında xəstələr rahat şəraitdə müalicə alaraq, revmatizmin səbəb olduğu ağrıları və oynaq problemlərini minimuma endirə bilərlər.
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .