Uşaq Allerqologiyası - Usaqlarda allergiya zamani ne etmeli

İmmunitet sistemi ilə bağlı olan tibb sahəsi immunologiya adlanır.

Son yeniləmə tarixi: 07.01.2025 21:51:31

Uşaq immunologiyası və allergiyası bölməsi

İmmunitet sistemi ilə bağlı olan tibb sahəsi immunologiya adlanır. Uşaq immunologiyası və allergiyası bölməsi 0-18 yaşlı uşaqların immun sisteminin və allergik xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğuldur. İmmunitet sisteminin xarici antigenlərə qarşı həddindən artıq həssaslığına allergiya deyilir.

Uşaq immunologiyası və allergiyası bölməsində immunologiya əsaslı xəstəliklərlə yanaşı genetik və ətraf mühit faktorlarının yaratdığı allergik xəstəliklərin diaqnostikası və müalicəsi də həyata keçirilir.

Uşaq allergiyası və immunologiyası alt ixtisası üzrə mütəxəssislik

Uşaq allergiyası və immunologiyası həkimləri tibb fakültəsində 6 il tibb təhsilini başa vurduqdan sonra tibbi mütəxəssislik imtahanında (TUS) aldıqları müvəffəqiyyət balı və heyətə uyğun olaraq bölmələri seçirlər. Onlar, təhsil müddəti 4-5 il olan pediatriya ixtisasını bitirdikdən sonra alt ixtisas imtahanı (YDUS) verirlər. Yenə də verdikləri imtahanın nəticələrinə görə 3 il uşaq allergik və immunoloji xəstəlikləri şöbəsində ixtisaslaşırlar.

Xəstəxanamızda işləyən Türkiyə Ali Təhsil Şurası (YÖK) və Universitetlər Arası Şurasının (ÜAK) təsdiq etdiyi Uşaq immunologiyası və allergiyası üzrə dosentimiz allergik və digər immun problemləri olan uşaqların müalicəsi üzrə mütəxəssisdir.

Allergik xəstəliklərin simptomları hansılardır?

Dəri qaşınması

Dəridə qızartı, qabarma və şişkinlik

Ekzema

Xırıltılı nəfəs alma

Nəfəs darlığı

Quru öskürək və asqırma

Qarın ağrısı

İshal

Burunun axması, qaşıntısı və tutulması

Gözün sulanması, qızarması, qaşınması

Ürək bulanması - qusma

Nəcisdə qan və ya selik

Çəkinin artmaması

Allergik şok əlamətləri

Müalicə etdiyimiz xəstəliklər

 

Aşağıdakılar daxil olmaqla, bütün allergik və immunoloji pozğunluqların diaqnostikası və müalicəsi aparılır:

 

Allergiyalar - İnsanların çoxunu narahat etməyən bir maddəyə reaksiya göstərən immun sisteminin səbəb olduğu asqırma, öskürək, nəfəs darlığı, qaşınma, şişkinlik, qızartı, səpgi, udma çətinliyi, ürəkbulanma-qusma, ishal, qarın ağrısı, ürək döyüntüsü və aşağı qan təzyiqi kimi simptomlar daxildir.

Ətraf mühitə qarşı allergiyalar – çicək tozları, ev tozu gənələri, heyvan kəpəyi və kif kimi havada uçan hissəciklər səbəbindən meydana çıxır.

Dərman allergiyaları - Antibiotiklər (penisilinlər), ağrıkəsicilər, anesteziya dərmanları, kimyaterapiya dərmanları kimi dərmanların tətbiqi səbəbindən baş verir.

Qida allergiyaları- Qidada olan xüsusi bir protein səbəbindən baş verir

Həşərat alergiyaları - Həşərat sancması zamanı zəhər səbəbindən baş verir

Dəri alergiyaları – Buraya atopik dermatit (ekzema), təmas dermatiti, övrə xəstəliyi (qurdeşənəyi) və angioedema (şişkinlik) daxildir.

Astma - Öskürək və xırıltı ilə xarakterizə olunan təkrarlanan, epizodik ağciyər xəstəliyi; məşq, viral infeksiya, çirklənmə və havadakı allergenlərə məruz qalma ilə əlaqədardır

Autoimun pozğunluqlar - İmmunitet sisteminin sağlam bədən toxumasına hücumü

Xroniki sinuzit - 12 həftədən uzun çəkən, sinusların iltihabı və şişkinliyi

İlkin immun çatışmazlığı pozğunluqları (PIDD) – İnfeksiya və xəstəlik potensialını artıran immunitet sisteminin zəifləməsi

Nəzərə alın ki, allergiya və immunologiya üzrə mütəxəssislərimizin PANS (Uşaqlarda kəskin başlamış neyropsixiatrik sindrom) və ya PANDAS (Uşaq avtoimmun neyropsixiatrik pozğunluqları və streptokok infeksiyaları) diaqnozlarını müalicə etmir.

 

Uşaq immunologiyası və allergiyası şöbəsində hansı müayinə və müalicə üsulları tətbiq edilir?


Əhatəli spesifik IgE ölçülməsi: Allergik xəstəliklərin diaqnostikası məqsədilə çiçək tozu, ev tozu gənəsi, qidalar, heyvanlar (pişik, it, at, tarakan və s.), kif göbələkləri, arılar və dərmanlar üzrə hərtərəfli spesifik IgE və komponent spesifik IgE ölçülməsi qan analizi vasitəsilə həyata keçirilir.

 

Dəri prik testi (iynələmə testi): Dəri prik testləri allergik xəstəliyin diaqnostikası üçün deyil, astma, allergik rinit, ekzema və övrə kimi allergik xəstəlikləri diaqnozu qoyulan xəstələrdə allergenləri müəyyən etmək üçün aparılır. Xəstənin yaşına, simptomlarına və yaşadığı mühitin xüsusiyyətlərinə görə seçilmiş allergenlər üzrə həyata keçirilir. Allergiya prik testləri yeni doğulmuş dövrdən başlayaraq hər yaşda həyata keçirilə bilər, lakin kliniki göstərici olmadan bunu etmək düzgün deyil. Test erkən uşaqlıq dövründə olan uşaqlarda bel nahiyəsində, yaşı daha yüksək olan uşaqlarda və böyüklərdə isə qolun aşağı hissəsinin daxili səthində aparılır.

 

Deri yamaq (patch) testi: Dəridə həayata keçirilən digər bir allergiya aşkarlama üsulu olan yamaq testi də bəzi qida və dərman allergiyalarını, xüsusilə allergik  təmas dermatitini araşdırmaq üçün istifadə olunur. Allergenin olub-olmadığı təyin olunacaq maddələr dəriyə steril  bant vasitəsilə hopdurulur və üzəri örtülür. Bantlar 48-72 saat saxlanılır və allergenlər və onların şiddəti meydana gələn qızartı və qabarcıqlara uyğun olaraq müəyyən edilir.

 

Qida yükləmə testləri: Qida allergiyası (IgE vasitəçiliyi ilə və IgE vasitəçiliyi olmayaraq yaranan) diaqnozu və qidaya reaksiyanın davam edib-etmədiyini göstərmək üçün aparılan qida yükləmə testləri (qida provokasiyası testi). Qida provokasiyası testində insana allergiyası olduğu düşünülən qidalar çox aşağı dozalarda və 20-30 dəqiqəlik fasilələrlə verilir. Bu müddət allergik xəstəlikdən asılı olaraq uzadıla bilər. Test zamanı allergik reaksiya yaranarsa, testin nəticəsi müsbət hesab olunur və həmin qida pəhrizdən çıxarılır. Bu testlər qida allergiyasının şiddətinə uyğun olaraq planlaşdırılır və 4-6 saatlıq müşahidə ilə poliklinikada allergiya test otağında aparılır. Bundan əlavə, yüksək riskli xəstələrdə təcili yardım və ya uşaq reanimasiya şöbəsində 1 gecəlik yerləşdirilərək qida yüklənmə testləri həyata keçirilə bilər.

 

Qida allergiyalarında, xüsusən də nəcisdə qan ilə müşayət olunan allergik proktokolit və ya qusma, ishal, çəki artımının dayanması, qeyri-kafi çəki artımı ilə diaqnoz qoyulan qida zülalına bağlı enterokolit sindromu və ya çoxlu qida məhsullarına allergiya hallarında, xəstəyə özəl, allergik olmayan, qida dəyəri yüksək olan qidalarla hazırlanan nümunə menyular dietoloqla əməkdaşlıq edərək hazırlanır, körpələrin inkişafı və çəki artımı yaxından izlənilir.

 

Liv Sağlamlıq guşəsi
Left Arrow
Right Arrow