Torakal cərrahiyye nedir?

Son yeniləmə tarixi: 05.08.2024 07:57:40
Cərrahi müalicə seçimləri
Liv Bona Dea Hospitalın Torakal Cərrahiyyə Klinikasında divararalığı şişləri, ağciyərlərin xərçənglə bağlı olmayan problemləri, döş qəfəsi divarının anomaliyaları, tərləmə problemləri (əl, qoltuqaltı, üz və s.) və yemək borusu xəstəlikləri üçün də cərrahi müalicə seçimləri təklif olunur.
• Divaralığı şişləri/ ağciyər xərçəngi
• Ağciyərlərin xərçənglə bağlı olmayan problemləri
• Döş qəfəsi divarının anomaliyaları
• Tərləmə problemləri (əl/ qoltuqaltı)
• Qida borusu cerrahiyyəsi
• Torakoskopik və robotik cərrahiyyə
• Timus xəstəlikləri
• Döş qəfəsinin bədxassəli şişləri
• Plevra (ağciyər zarı) xəstəlikləri
• Traxeya (nəfəs borusu) cerrahiyyəsi
• Döş qəfəsinin travmaları
• Pnevmotoraks (ağciyərin çökməsi)
• Emfizemin bronxoskopik və cerrahi müalicəsi
Əl və qoltuqaltı tərləmələri
Hiperhidroz nədir?
Liv Hospital Bona Dea Torakal Cərrahiyyə Klinikasında regional hiperhidroz (həddindən artıq tərləmə) səbəbiylə sosial həyat keyfiyyəti aşağı düşmüş xəstələr digər müalicə üsulları ilə müqayisədə cərrahi müalicə ilə daha yaxşı nəticələr əldə edə bilirlər.
Həddindən artıq tərləmə necə müalicə olunur?
● Endoskopik torakal simpatektomiya (ETS) əməliyyatı ilə əl və qoltuqaltı tərləmənin aktivləşməsini idarə edən simpatik sinirlər cərrahi yolla ayrılır və ya klipsləmə üsulu ilə fəaliyyətləri bloklanır.
● Əl və qoltuqaltı tərləmə ilə bağlı qapalı (videotorakoskopik) üsulla müvəffəqiyyətlə müalicə olunan 1-2% xəstələrdə ağırlaşmanın ən mühüm fəsadı olaraq kompensasiyaedici (refleks) tərləmə meydana çıxır. Tək səviyyəli (T3 və ya T4) əməliyyat keçirən xəstələrin 10-30%-də görülür. Bununla üzləşən insanlar gün ərzində paltarını dəyişməsi məcburiyyətində qala bilər.
● Klipsləmə üsulu ilə əməliyyat edilən xəstələrdə 40-50 faiz geri qayıtma şansı olduğu üçün klipsləri çıxarmaq məcburiyyəti yara bilər. Eyni üsulla üz qızarması və tərləmə də müalicə edilə bilər.
Döş qəfəsi divarının (pektusun) pozğunluğu
Pektus xəstəliyi nədir?
Döş qəfəsi divarının (pektus) pozğunluqları dedikdə döş qəfəsindəki qığırdaq və sümük toxumasının normaldan fərqli inkişafı nəzərdə tutulur.
Döş qəfəsi deformasiyaları hansılardır?
Ölkəmizdə döş qəfəsində göstərilmiş problemləri olan 200-250 min civarında xəstənin olduğu təxmin edilir. Deformasiyaların iki əsas növü var:
Çəkməci döş qəfəsi (içəriyə doğru batıq)
Çəkməci döş qəfəsi 1:3 nisbətində kişilərdə daha çox rast gəlinir.
Göyərçin döş qəfəsi (önə doğru qabarıq)
Göyərçin döş qəfəsi 1:6 nisbətində kişilərdə daha çox rast gəlinir.
Döş qəfəsi divarının pozğunluqları necə müalicə olunur?
Bu problem insanlara psixoloji təsir etdiyinə görə onu paylaşmaqdan çəkinirlər. Həmin insanlar dənizə girə, dar köynək geyinə bilmir və həkimə getməkdə tərəddüd edə bilər. Bir çox xəstələr bir problemi olduğunun fərqində belə deyillər. Problemin fiziki olaraq həyatlarına təsir etmədiyi üçün həkimə müraciət etmirlər. Lakin yaş irəlilədikcə deformasiya daha qabarıq şəkildə özünü göstərə bilər. Bu xəstəlikdə qapalı üsulla (minimal invaziv müdaxilə) cərrahi müalicə standart istifadə olunan üsula çevrilmişdir.
Ağciyər xərçəngi
Ağciyər xərçəngi nədir?
Ağciyərlər tənəffüs sistemimizin ikiqat süngər quruluşlu orqanlarıdır. Sağ ağciyər 3 hissədən (paydan) ibarətdir və sol ağciyərdən bir az daha böyükdür (sol ağciyər 2 paydan ibarətdir). Xərçəngdən ölüm səbəbləri arasında birinci sırada yerləşən ağciyər xərçəngi erkən mərhələlərdə uğur əldə olunaraq müalicə edilə bilən bir xərçəng növüdür.
Ağciyər xərçəngi necə yaranır?
Ağciyər xərçəngi ağciyər toxumalarında, xüsusən də tənəffüs yollarını əhatə edən hüceyrələrin nəzarətsiz çoxalması nəticəsində baş verir. Beləliklə, ətrafdakı toxumaların zədələnməsi və ya ağciyər funksiyasının itirilməsi baş verir. Bu nəzarətsiz çoxalmanın ağciyərdən başqa orqanlara da yayılması (metastaz) ilə nəticələnə bilər. Ölüm nisbəti çox yüksək olan bu xərçəng növünün ən çox yayılmış səbəbi tütün tüstüsünə uzun müddət məruz qalmaqdır. Bundan əlavə, genetik faktorlar, radon qazı, asbestə məruz qalma və havanın çirklənməsi kimi amillər də məsuliyyət daşıyır.
Ağciyər xərçənginin neçə növü var?
Ağciyər xərçəngləri patoloji olaraq kiçik hüceyrəli və kiçik olmayan hüceyrəli ağciyər xərçəngləri olmaqla əsasən 2 əsas növə bölünürlər. Hər ağciyər xərçənginin növü fərqli şəkildə böyüyür, yayılır və fərqli üsullarla müalicə edilir. Kiçik olmayan hüceyrəli ağciyər xərçəngi daha tez-tez görülür və ümumilikdə daha yavaş böyüyür və yayılır.
Kiçik olmayan hüceyrəli nə deməkdir?
Kiçik olmayan hüceyrəli ağciyər xərçənginin 3 əsas növü mövcuddur. Onlar xərçəngin meydana gəldiyi toxumaya görə adlanırlar (skvamoz hüceyrəli xərçəng, adenokarsinoma və iri hüceyrəli karsinoma).
Kiçik hüceyrəli xərçəng nədir?
Bəzən yulaf hüceyrəli xərçəng adlanan kiçik hüceyrəli xərçəng kiçik olmayan hüceyrəli xərçəngdən daha az rast gəlinir. Bu tip ağciyər xərçəngi daha sürətlə böyüyür və bədənin digər hissələrinə yayılma ehtimalı yüksəkdir.
Ağciyər xərçənginin simptomları necə diaqnostika olunur?
Yuxarıdakı əlamətlər olarsa, həkiminiz sağlamlıq tarixçənizi, siqaret çəkmə tarixçənizi, ətraf mühitin toksikantlarına məruz qalıb-qalmadığınızı və ailə tarixçənizi araşdıracaq. Həkiminiz həmçinin döş qəfəsinin rentgenoqrafiyasını və digər diaqnostik testləri istəyəcək. Bəlğəm sitologiyası, bronxoskopiya, iynə biopsiyası, torasentez və ya torakotomiya kimi müxtəlif prosedurlar tətbiq oluna bilər.
Ağciyər xərçəngi üçün risk amilləri hansılardır?
Ağciyər xərçəngi üçün risk amilləri aşağıdakılardır:
Siqaret istifadəsi
Xərçəngin inkişafı insanın çəkdiyi siqaretlərin sayından, nə qədər çəkməsindən və nə qədər dərindən nəfəsinə çəkdiyindən asılıdır.
Siqar və tənbəki istifadəsi
Siqar və tənbəki çəkənlərin çəkməyənlərə nisbətən xərçəngə tutulma riski daha yüksəkdir.
Ətraf mühitdən tütün qəbulu (passiv çəkmə)
Xərçəngin yaranma riski ətraf mühitdə siqaret tütününə məruz qaldıqda artır. Buna istəksiz siqaret çəkmə və ya passiv çəkmə deyilir.
Radon
Radon görülməyən, qoxusuz və dadsız, torpaq və qayalardan yaranan radioaktiv bir qazdır. Ağciyərlərə təsir göstərərək xərçəngə səbəb ola bilər.
Asbestoz
Asbestoz müxtəlif sənayelərdə istifadə olunan təbii liflər olaraq mövcud olan bir mineral qrupunun adıdır. Asbest lifləri asanlıqla kiçik hissələrə bölünərək tənəffüslə ağciyərə gedərək zərər vururlar və ağciyər xərçənginə səbəb ola bilirlər.
Ətraf mühitin çirkliliyi
Yaşadığımız mühitdəki neft məhsullarının səbəb olduğu hava çirklənməsi ilə ağciyər xərçəngi arasında əlaqə tapılmışdır.
Şəxsi tarixçə
Əvvəllər ağciyər xərçəngi keçirmiş bir insanın, daha əvvəl ağciyər xərçəngi keçirməmiş bir insana nisbətən yenidən ağciyər xərçənginə tutulma ehtimalı daha yüksəkdir.
Ağciyər xərçənginin mərhələnməsi nədir?
Diaqnozunuz xərçəngdirsə, həkiminiz xəstəliyinizin mərhələsini bilməlidir. Mərhələnmə xərçəngin bədəninizdə nə qədər yayıldığını öyrənmək üçün həyata keçirilir. Xərçəngin mərhələsi müəyyən olduqdan sonra həkiminiz müalicəni təyin edə bilər. Bunun üçün kompüter tomoqrafiyası (KT), pozitron emissiya tomoqrafiyası (PET), maqnit rezonans görüntüləmə (MRT), sümük sintiqrafiyası və/və ya mediastinoskopiya/mediastinotomiyadan istifadə edilə bilər.
Ağciyər xərçəngi ilə siqaret istifadəsi arasındakı əlaqə
Siqareti nə qədər tez tərgitsəniz, ağciyərləriniz bir o qədər tez təmizlənəcək.
Ağciyər xərçənginin müalicəsi nədir?
Xərçəngin müalicəsi xərçəngin mərhələsi (yayılması), ölçüsü, yeri və xəstənin ümumi vəziyyəti kimi bir çox amillərdən asılı olaraq dəyişə bilər. Ağciyər xərçənginə nəzarət etmək və ya simptomları azaltmaqla həyat keyfiyyətini yaxşılaşdırmaq üçün müxtəlif müalicə üsulları və müalicə kombinasiyalarından istifadə edilə bilər. Ağciyər xərçənginin müalicəsinə cərrahiyyə, radiasiya terapiyası və kimyaterapiya daxildir.
Ağciyər xərçəngi cərrahi üsulla necə müalicə olunur?
Cərrahiyyə xərçəngin müalicəsinin ən qədim və ən təsirli üsuludur. Xərçəng xəstələrinin təxminən 15-20%-də müalicə üsulu birbaşa cərrahiyyədir. Cərrahiyyə digər müalicə üsulları ilə birlikdə də tətbiq oluna bilər. Terapevtik cərrahiyyə şiş toxumasının və onu müşayiət edən bütün limfa düyünlərinin, zəruri hallarda ətraf toxumalarla birlikdə çıxarılmasını nəzərdə tutur. Uzaq orqana yayılma (metastaz) olmadığı hallarda (təkcə beyin metastazı istisna olmaqla) cərrahiyyənin digər müalicə üsulları ilə müqayisədə üstünlüyü bir çox tədqiqatlarda göstərilmişdir. Cərrahi müalicə xüsusilə ağciyər xərçənginin ilkin mərhələsi üçün bütün dünyada ən yaxşı müalicə üsulu olaraq qəbul edilmişdir. Cərrahi müalicə tələb olunan hallarda radioterapiya və/yaxud kimyaterapiya ilə dəstəklənə bilər.
Terapevtik cərrahi üsullar hansılardır?
● Videotorakoskopik (qapalı) cərrahiyyə
● Robotik cerrahiyyə
● Torakotomiya ilə açıq cərrahiyyə
Biopsiya (diaqnostik cərrahiyyə) nədir?
Biopsiya xüsusilə ağciyərlərin uc (periferik) nahiyələrində yerləşən törəmələrin həm diaqnostikasında, həm də müalicəsində istifadə edilən bir üsuldur. Bundan əlavə, adətən digər üsullarla diaqnoz qoyula bilməyən törəmələrdə son variant kimi qapalı tətbiq olunan üsuldur.
Cərrahi mərhələnmə nədir?
Xərçəngin uzaq və ya regional yayılma dərəcəsini təyin etmək üçün tətbiq edilir. Mediastinoskopiya və ya mediastinotomiya ilə regional limfa düyünlərinə xəstəliyin yayılıb-yayılması aşkar edilir və xəstələrə əməliyyatdan əvvəl effektiv müalicə verilir.
Dəstəkləyici cərrahiyyə nədir?
Digər xərçəng müalicələrinə dəstək olaraq tətbiq oluna bilər. Məsələn, bəzi kimyaterapiya cihazları üçün dərialtı dərman portlarının istifadə olunması tələb oluna edir.
Palliativ cərrahiyyə nədir?
Yalnız ağrıları, xərçəng inkişaf etdikcə baş verən ağırlaşmaları azaltmaq üçün istifadə olunur. Palliativ cərrahiyyə həyat keyfiyyətini yaxşılaşdırmaq üçün tətbiq edilir. Bu cərrahiyyə növü müalicə üçün və ya xərçəng əleyhinə tətbiq olunmur.
Minimal invaziv (endoskopik) cərrahiyyə nədir?
Minimal invaziv və ya endoskopik cərrahiyyə, kompüter tomoqrafiyası və robototexnika sahəsindəki nailiyyətlərdən istifadə edərək effektiv xərçəng əməliyyatının həyata keçirilməsini təmin edir.
Minimal invaziv üsulun hansı üstünlükləri var?
● Daha az qan itkisi
● Qan transfuziyası tələbinin azalması
● Xəstəxanada qısamüddətli yatış
● Ağrının və əməliyyat sonrası dərman tələbinin azalması
● Normal pəhrizə daha tez qayıtma
● Tez sağalma və normal fəaliyyətlə qayıtma
● Daha az yara izi və daha yaxşı kosmetik görünüş
Torakoskopik cərrahiyyə nədir?
Video-dəstəkli torakoskopik cərrahiyyə ya da VATS, ağciyər və qida borusu xərçənglərinin diaqnostikasında və/və ya müalicəsində istifadə oluna bilər. Diaqnostik məqsədlə 1,5 sm-lik kəsikdən həyata keçirilə biləcəyi kimi müalicə məqsədilə açılan bir neçə kiçik kəsik və təxminən 5 sm əlavə bir kəsikdən istifadə edərək ağciyərin bir hissəsinin və ya tamının çıxardılması proseduru həyata keçirilə bilər. Döş qəfəsi divarının daxilini əhatə edən pərdə (plevra), ağciyər düyünləri, mediastinal törəmələr və plevral mayedən nümunənin götürülməsi üçün çox yaxşı diaqnostik üsuldur. Xüsusilə xərçənglərə bağlı mayenin təkrar yaranması zamanı mayenin təkrar yığılmasının qarşısını almaq üçün plevrodez (pudra istifadəsi) proseduru ilə birlikdə istifadə oluna bilər.
3 ölçülü braxiterapiya nədir?
Ağciyər xərçənginin radioterapiyasında xarici şüalanma üsullarından istifadə oluna bilməyən uyğun xəstələrdə döş qəfəsi xəstəlikləri komandası ilə əsas tənəffüs yollarına yerləşdirilən borular vasitəsilə braxiterapiya edilə bilər.
Ağciyər xərçənginin kimyaterapiya və radioterapiya ilə müalicəsi
Ağciyər xərçəngi cərrahiyyəsindən sonra patoloji raporta və cərrahın əməliyyat nəticələrindən asılı olaraq kimyaterapiya və/və ya radioterapiya müalicəsi lazım ola bilər. Xəstəliyin mərhələsindən asılı olaraq ən erkən mərhələdə 20% xəstədə metastaz (təkrarlama) ehtimalı əməliyyatın aparıldığı son mərhələdə (Mərhələ III A) 60-70% xəstələrdə qədər yüksəlir.