Təcili tibbi yardım
Liv Bona Dea Hospital Təcili Tibbi Yardım Klinikasında həkim-mütəxəssislərimiz tərəfindən doğru və zamanında aparılan tibbi müdaxilə həyat qurtarır.

Son yeniləmə tarixi: 10.10.2024 13:41:49
Liv Bona Dea Hospital Təcili Tibbi Yardım Klinikasında həkim-mütəxəssislərimiz tərəfindən doğru və zamanında aparılan tibbi müdaxilə həyat qurtarır.
Qapıdan içəri girdiyiniz anda sizi qarşılayan Liv Bona Dea Hospital Təcili Tibbi Yardım həkimi və tibb bacısı ilə təcililik dərəcəniz dərhal müəyyən olunur və vaxt itirmədən tibbi müdaxilə başlayır. Daha sonra müvafiq həkim-mütəxəssis tərəfindən həyata keçirilən prosesdə hər cür laborator və qabaqcıl görüntüləmənin dəstəyi ilə diaqnoz, təqib və müalicə multidisiplinar bir şəkildə həyata keçirilir.
Fasiləsiz Xidmət
Liv Bona Dea Hospital Təcili Tibbi Yardım Klinikası cəld müdaxiləyə uyğun dizayn olunub, xəstə gizliliyinin və rahatlığının da düşünüldüyü, ehtiyac olduqda intensiv terapiya bölməsinə çevrilə biləcək təchizata malik müşahidə bölmələri ilə fasiləsiz fəaliyyət göstərir.
Təcili Tibbi Yardım şöbəsi təcili yardıma ehtiyacı olan planlaşdırılmamış xəstələrə köməklik göstərmək məqsədilə fəaliyyət göstərir. Bizim təcili tibbi yardım həkimlərimiz reanimasiya və stabilizasiya tədbirlərinə başlayırlar, kəskin mərhələdə xəstəyi müalicə etmək və diaqnoz qoymaq üçün müdaxilələr və araşdırmalar edirlər, mütəxəssislərlə birlikdə tibbi yardımı koordinasiya edirlər, xəstənin ehtiyaclarına uyğun olaraq hospitalizasiya, müşahidə və ya evəyazılma ilə bağlı qərarlar alırlar.
Biz hər cür kəskin tibbi vəziyyətlə bağlı təhlükəsiz və effektiv diaqnostik və terapevtik xidmətlər göstəririk. Bona Dea Beynəlxalq Hospitalın Təcili Tibbi Yardım şöbəsinə gələn yeni doğulmuşlardan yaşlı xəstələrə qədər hər yaşdan insan qrupuna təcrübəli komanda tərəfindən yüksək xidmət göstərilir.