Radiologiya Klinikası Nədir?

Qabaqcıl texnologiya cihazları ilə təchiz edilmiş Liv Bona Dea Hospital Radiologiya Klinikası həkim-mütəxəssis heyəti və fərqli bölmələrdən olan həkimlərlə birlikdə multidisiplinar bir yanaşma ilə tibbi xidmət göstərir.

Son yeniləmə tarixi: 05.10.2024 10:16:38

Radioloji Görüntüləmə Nədir?

Radioloji görüntüləmə üsulları xəstəliklərin diaqnostikası və müalicəsində həkimlərə yol göstən müayinələrdir. Radiologiya komandası bədəndə regional olaraq, məsələn; bəzi həkimlər yalnız qarın, bəzi həkimlər beyin və bəzi həkimlər invaziv sahədə xidmət göstərir. Bütün müayinələrin hamısı təxminən 80% aşağı radiasiya dozaları ilə həyata keçirilir.

Radiologiya Bölməsində İnsult Zamanı Tam Təchizatlı Yanaşma

İnsult keçirən bir xəstənin şikəst qalma riski yüksəkdir. Klinikamızda effektiv invaziv radiologiya üsulları ilə insult keçirən bir xəstədə insulta səbəb olan laxta əməliyyata ehtiyac olmadan açıla bilər. Bu minvalla vaxtında müraciət olunan xəstəlik halları üçün insult sonrası şikəst qalma riskinin 100% qarşısı alınır. Liv Bona Dea Hospital İnvaziv Radiologiya Klinikasında beyin anevrizmaları əməliyyat olunmadan qasıqdan girilərək müalicə edilir. Prosedurdan dərhal sonra xəstə evə yazıla bilər.

Radioloji MR Çəkimi Necə Olur?

Liv Bona Dea Hospital Radiologiya Klinikasındakı MR cihazının daxili genişliyi, çəkim vaxtı musiqi səsləndirilməsi, qapalı yerdə qalma qorxusu olan ya da artıq çəkili xəstələrin üstünlük vermə səbəblərini təşkil edir. Xəstələrə rahat, etibarlı bir mühit təqdim olunur.

 

  
Liv Sağlamlıq guşəsi
Left Arrow
Right Arrow