Pediatrik Reanimasiya
Pediatrik reanimasiya (PICU) müxtəlif yaş qruplarında olan uşaqlara xidmət göstərə bilər.

Son yeniləmə tarixi: 24.09.2024 14:19:00
PEDİATRİK REANİMASİYA (PICU) NƏDİR?
Uşaq reanimasiya bölməsi 1 aydan 18 yaşa qədər ağır xəstə və ya xəsarət almış uşaqlara və yeniyetmələrə müalicə və qayğı göstərən kompleks bölmədir.
Uşaq reanimasiya bölməsində çalışan həkimlər, tibb bacıları və kiçik tibb işçiləri vəziyyəti ağır olan və ya xəsarət alan uşaqların qısa müddətdə sağlamlığına qovuşmasını və ya mümkün olan ən optimal nəticələri təmin etmək bacarığına malik olan tibbi personaldır.
PEDİATRİK REANİMASİYA (PICU) KOMANDASI
Uşaq reanimasiyası bölməsində üst ixtisas uşaq reanimatoloqu, xaricdə və ölkəmizdə ixtisaslaşmış həkimlər, uşaq reanimasiyası sahəsində təcrübəli tibb bacıları və kiçik tibb işçiləri həftənin 7 günü 24 saat fəaliyyət göstərir.
PEDİATRİK REANİMASİYA (PICU) İNFRASTRUKTURU
Uşaq Reanimasiya bölməsində 10 invaziv süni tənəffüs aparatı, 2 qeyri-invaziv süni tənəffüs aparatı, 2 transport süni tənəffüs aparatı, 1 yüksək frekanslı ventilyator ( HFV), 2 yüksək axımlı nazal kanül ilə oksigen müalicəsi (YANKOT) , 1 davamlı veno-venöz hemodiafiltrasiya (Prizma flex), 1 plazma dəyişimi cihazı ( Spectra Optia apheresis system), 2 ekstrakorporeal membran oksigenləşdirmə (ECMO) dəstək ehtiyacları edilməkdədir və 1 ultrasəs və 1 exokardioqrafiya cihazları da mövcuddur.