Nefrologiya Nəyə Baxır?

Son yeniləmə tarixi: 05.08.2024 08:11:05
Liv Bona Dea Hospital Nefrologiya Klinikasında yüksək texnologiyaya malik cihazlardan istifadə olunaraq hipertenziya, nefrit, xroniki böyrək çatışmazlığı, kəskin böyrək çatışmazlığı, sidikdə qanaxma, sidiklə zülal itkisi və kistik böyrək xəstəlikləri kimi problemlər müvəffəqiyyətlə təqib və müalicə edilir.
Nefroloji Müalicə Necə Aparılır?
Liv Bona Dea Hospital Nefrologiya Klinikasında nefrologiya praktikasında zəruri olan bütün prosedurlar və müalicələr aparılır. Böyrək nəqli olmuş və ya davamlı dializ müalicəsi alan xəstələrin hər cür problemlərinə həll yolları tapmaq imkanları mövcuddur. Bundan başqa, xroniki dializ xəstələrinə və ya təcili dializ tələb edən xəstələrə 24 saat ərzində müvəqqəti hemodializ xidməti göstərilir. Xroniki dializ və orqan nəqli tələb olunan xəstələr isə hər cür hazırlıqları görüldükdən sonra müvafiq mərkəzlərə yönləndirilir. Hemodializ cihazları ən son texnologiyaya malik olub, hər bir xəstəyə uğun fərdi müalicə planlaşdırılır. Hemodializ üçün tələb olunan kateterlər intensiv terapiya bölməsində həkim-mütəxəssislər tərəfindən taxılır.
Böyrək Xəstəlikləri Bölməsi Nədir?
Nefrologiya böyrəyin funksiya və xəstəliklərini müayinə edən, müalicələrini aparan, dializ və böyrək nəqli ilə maraqlanan tibb sahəsidir. Böyrək çatışmazlığı, böyrəyin iltihabı (nefrit), polikistik böyrək xəstəliyi və yüksək təzyiq nefrologiyada tez-tez rast gəlinən xəstəliklərdir. Böyrək daşları, böyrək şişləri və sidik yollarında tıxanma urologiyanın maraq dairəsindədir. Böyrəklə bağlı bütün cərrahi prosedurlar urologiya klinikası tərəfindən həyata keçirilir.
Böyük Təzyiq və Kiçik Təzyiq Nədir?
Qan dövranı üçün tələb olunan təzyiqin normadan çox olmasına yüksək təzyiq, yəni hipertenziya deyilir. Qan təzyiqi ölçülərkən iki dəyərə baxılır: Böyük təzyiq (sistolik qan təzyiqi) və Kiçik təzyiq (diastolik qan təzyiqi). Ürək əzələsinin yığılması zamanı ölçülən qan təzyiqi böyük təzyiq, ürək əzələsinin boşalması zamanı ölçülən qan təzyiqi kiçik təzyiqdir.