Laboratoriya haqqinda melumat Liv Bona Dea-da!

Əsas missiyamız ölkə daxilində ən şəffaf, ixtisaslaşmış, keyfiyyətli və təkmilləşmiş laboratoriya xidmətini təmin etməkdir.
Əlaqədar Həkimlər
Hamısını görün Chevron Right

Son yeniləmə tarixi: 16.08.2024 08:31:03

Missiya:

Əsas missiyamız ölkə daxilində ən şəffaf, ixtisaslaşmış, keyfiyyətli və təkmilləşmiş laboratoriya xidmətini təmin etməkdir. Həmçinin sahib olduğumuz tibb kollektivinin inkişafına davamlı dəstək olmaq, biliklərinin artırılmasına nail olmaq dəyərlərimizin önəmli bir hissəsidir. Aparılan analizlərin, test cavablarının şəffaf təqdim olunması missiyamızın əsaslarından biridir.

Vizyon:

Liv Bona Dea Hospitalda geniş çeşidli laborator müayinələri həyata keçirmək üçün tam avtomatlaşdırılmış və ixtisaslaşmış laboratoriya mərkəzi qabaqcıl səhiyyə standartlarına tam uyğundur. Daima yenilik edən, inkişafın yüksək olduğu nümunəvi bir laboratoriya mərkəzi sayəsində Liv Bona Dea Hospitalda mövcüd olan bütün laboratoriya xidmətlərindən güvənli bir şəkildə yararlanmaq mümkündür.

Keyfiyyət siyasəti:

Gördüyümüz hər bir işi beynəlxalq standarlara uyğun şəkildə həyata keçirmək ən qabaqcıl məqsədlərimizdən biridir. Müayinə və müalicə prosesini ən yüksək səviyyədə həyata keçirmək, kompleks müalicə həlli təqdim etmək və ən müasir texnoloji avadanlıqlardan istifadə etmək keyfiyyət standartlarımızın əsas özəllikləridir.

Xidmətlərimiz  / Türkiyədən dəstəklənir

Liv Bona Dea Hospital Laboratoriya Mərkəzində aşağıdakı xidmətlər mövcuddur:

Səyyar Laboratoriya Xidməti

Qan alma

Evdə Tibbi Kliniki Laboratoriya Xidməti

Türkiyə və Avropanın qabaqcıl universitetlərində müayinələrin aparılması


Test Növləri

Liv Bona Dea Hospital Laboratoriya Mərkəzində geniş spektrli müxtəlif testlər aparılır.

Kliniki

Biokimyəvi

Koaqulopatoloji

Hematoloji

Seroloji

Immunoloji

Allerqoloji

Hormonlar

Onkomarkerlər

Mikrobioloji –bakterioloji

Infeksion və zooinfeksion xəstəliklərin imunoferment analizi

PCR analizlər (bütün bədən mayeləri, infeksiyalar)

Histoloji analizlər (sitoloji, immunohistokimya)

 

Sertifikatlarımız

JCI (Joint Commission International)

RIQAS (biokimya, immunoloji, hematoloji), (external)

ACUSERA(internal)

BIO-RAD (internal)

ABBOTT (internal)

Evdən və ya İş yerindən Qan Alma

Evdə Tibbi Kliniki Laboratoriya Xidməti nümunə götürmə , xəstənin xəstəxanaya getməsinə ehtiyac qalmadan evdə, iş yerində və ya tibb bacılarının təyin etdiyi bir mühitdə bütün gigiyena prosedurlarına diqqət edilərək, nümunə alma prosesi həyata keçirilir. Laboratoriya nəticələri xəstə, xəstə yaxınları və xəstənin həkimi ilə paylaşılır. Xəstə öz evinin rahatlığında sidik və nəcis kimi nümunələr verə bilər. Laboratoriya mühitində tədqiq edilə bilən müayinələr üçün evdə nümunə götürmə xidmətimizlə xəstələrimizə dəstək oluruq.