İnfeksion xəstəliklərin müalicəsi - İnfeksion Xəstəliklər

Liv Bona Dea Hospital İnfeksion Xəstəliklər Bölməsində mikroorqanizmlərin (bakteriya, virus, göbələk, parazit) bədənimizdə yaratdığı xəstəliklərin diaqnostikası, müalicəsi və təqibi ən son məlumatlara əsasən həyata keçirilir.
Əlaqədar Həkimlər
Hamısını görün Chevron Right

Son yeniləmə tarixi: 25.04.2024 08:17:54

İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya

Liv Bona Dea Hospital İnfeksion Xəstəliklər Bölməsində mikroorqanizmlərin (bakteriya, virus, göbələk, parazit) bədənimizdə yaratdığı xəstəliklərin diaqnostikası, müalicəsi və təqibi ən son məlumatlara əsasən həyata keçirilir.

Bölməmizdə; qızdırmalı xəstəliklər, qrip, cinsi yolla keçən xəstəliklər və şübhəli cinsi əlaqə sonrası skrininq, ishallar, HIV, AIDS, sarılıq (hepatitlər), yatalaq, bruseloz, tənəffüs yolu infeksiyaları, sidik yolu infeksiyaları, yumşaq toxuma infeksiyaları, osteomiyelit, spondilodiskit, ekstrapulmoner tuberkuloz və s. xəstəliklər müşahidə olunur və yetkinlərin immunizasiyası (peyvəndləmə), səyahət üçün tibbi konsultasiya xidməti də verilir.

Antikor nədir?

İmmunitet sistemimizin bədənimizə qarşı təhdidləri müəyyən etməsinə və yox etməsinə kömək edən zülallara antikor deyilir. İnsan bədəninə daxil olan antigenə cavab olaraq immunitet sistemi tərəfindən istehsal olunur. Antikorlar yad molekulların zərərli təsirlərinə qarşı erkən xəbərdarlıq edərək qorumanı təmin edir. İmmunitet yarandıqda gələcəkdə eyni virusdan qorunmağa kömək edir. Bədənimizdə; IgG, IgA, IgM, IgD və IgE olmaqla 5 müxtəlif antikor növü var.

Antikor testi nə üçün aparılır?

İnsanın xəstəliyə qarşı immun statusunu müəyyən etmək üçün həyata keçirilir. Daha əvvəl Covid 19 infeksiyası keçirib-keçirmədiyi, bədəninə daxil olan maddəyə qarşı immunitetin yaranıb-yaranmadığını və xəstəliklə mübarizənin hansı dövründə olduğunu başa düşmək məqsədilə həyata keçirilir.

Antikor testi nə zaman aparılmalıdır?

Antikor testi ümumilikdə bədənə daxil olan virus, kimyəvi maddə ya da orqanizm öz təsirini itirdikdə aparılır. Qoldan götürülən qan nümunəsi ilə baxılır. İnfeksiya zamanı aparılan erkən testlər antikorları müəyyən etməyə bilər. Bu səbəblə virus, kimyəvi maddə ya da orqanizm bədənə nüfuz etdikdən ən az 14 gün sonra antikor testi aparılmalıdır.

COVID-19 peyvəndinin ikinci dozası olduqdan sonra ən tez halda 14-cü gün immunitetinizin yaranıb-yaranmadığını antikor testi ilə öyrənə bilərsiniz. COVID-19 Spike Antikor Testi, COVID-19 virusuna qarşı antikorların müəyyən olunmasını təmin edən bir immunotestdir. Liv Bona Dea Hospitalda aparılan COVID-19 antikor testi spike antikorlarını müəyyən edərək xəstəliyə qarşı immunitetin yaranıb-yaranmadığının öyrənilməsində təsirlidir.
Liv Sağlamlıq guşəsi
Left Arrow
Right Arrow