Dietologiya - Dietologiya haqqında - Dietologiya nədir

Liv Bona Dea Hospitalın Qidalanma və Pəhriz Bölməsi sağlamlığın davamlı olmasını təmin etmək və xəstəlikdən sağalma prosesinə dəstək göstərmək üçün keyfiyyətli qidalanma və pəhriz xidmətləri göstərir.
Əlaqədar Həkimlər
Hamısını görün Chevron Right

Son yeniləmə tarixi: 05.08.2024 08:29:24

Liv Bona Dea Hospitalın Qidalanma və Pəhriz Bölməsi sağlamlığın davamlı olmasını təmin etmək və xəstəlikdən sağalma prosesinə dəstək göstərmək üçün keyfiyyətli qidalanma və pəhriz xidmətləri göstərir. Qidalanma bir elm sahəsidir. Liv Bona Dea Hospitalın təcrübəli Qidalanma və Pəhriz üzrə mütəxəssis heyəti ilə birgə sağlam və keyfiyyətli həyata addım atmağınız, şəxsi xüsusiyyətlərinizə uyğun keyfiyyətli və təhlükəsiz qidalanma proqramını tətbiq etmək üçün sağlamlıq xidməti göstərir. Bölməmizdə allergiya-qida dözümsüzlüyü (intoleransı), diabet, körpə, uşaq, yetkin, yaşlı və hamiləlik-laktasiya dövründə qidalanma kimi xüsusi hallar üçün qidalanma proqramları hazırlanır. Habelə, qidalanma pozğunluqları və köklük kimi xəstəliklərin diaqnostikası və müalicəsinə də yer ayrılır.

Çəkiyə Nəzarət Proqramları

Türkiyədə artıq çəki nisbəti təxminən 35% təşkil edir. Aparılan tədqiqatlara əsasən mövcud çəkinin 5-10% azalması ilə qan təzyiqi, xolesterol səviyyəsi və qan şəkərinə nəzarətdə əhəmiyyətli irəliləyişlər əldə olunur. Həyat tərzinizə uyğun hazırlanmış qidalanma proqramı ilə çəkinizə nəzarət edə bilərsiniz.

Çəki Artırma Proqramları

Sadəcə bədən çəkinizin çox olması deyil, aşağı olması da həyat keyfiyyətinizə mənfi təsir göstərə bilər. Burada hormonal problemlər istisna olmaqla, qidalanma pozğunluqları da əsas rol oynayır. Qidalanma proqramı sizin şəxsi xüsusiyyətlərinizə görə hazırlanır və çəkinizin artırılmasına dəstək göstərilir.

Xəstəliklərdə Qidalanma

Xəstəxanamızda bütün stasionar və ya ambulator xəstələrimiz üçün istehlak etməli olduqları bütün qida maddələrini hesablayaraq mövcud xəstəlikləri üçün uyğun qidalanma məlumatları və qidalanma proqramı verilir.

Yumurtalıqların Polikistik Sindromu və Qidalanma

Diabet və Qidalanma

Onkologiya və Qidalanma

Ürək – Damar Xəstəlikləri və Qidalanma

Menopauza və Qidalanma

Həzm Sistemi və Qidalanma

Metabolik Sindrom və Qidalanma

Bariatrik Cərrahiyyədən Sonra Qidalanma

Mikrobiota və Pəhriz

Mikrobiomunuz barmaq iziniz kimi yalnız sizə məxsusdur. Mikrobiomunuza uyğun qidaları kəşf edərək çəkinizə nəzarət edə bilərsiniz. Bağırsaqlarınız trilyonlarca bakteriyaya ev sahibliyi edir. Bu mikroskopik canlıların yaratdığı ekosistemə mikrobiom deyilir. Son illərdə aparılan araşdırmalarda bağırsaq mikrobiomundakı müxtəlifliyin azalması və balansın pozulması ilə çəki problemi arasında əlaqənin olduğu göstərilmiştir.

Nature Jurnalında nəşr olunan böyük miqyaslı araşdırmada isə qidaların hər şəxsdə müxtəlif təsir yaratdığı və bir şəxs üçün faydalı olan qidanın başqa bir şəxs üçün eyni faydanı göstərə bilməyəcəyi vurğulanıb. Bu səbəblə, çəkiyə nəzarət üçün uğurlu nəticələrin əldə olunmasında mikrobiom əsaslı fərdiləşdirilmiş qidalanma tövsiyələri perspektivli üsullar arasındadır.

Bədən Kütlə İndeksinin Mikrobiom İlə Əlaqəli Olduğunu Bilirsinizmi?

Mikrobiom məlumatlarının analizi nəticəsində Bədən Kütlə İndeksi yaxın olan şəxslərin mikrobiom profillərində oxşarlığın olduğu müşahidə edilmişdir.

Mikrobiom Balansı İlə Daimi Çəki İtkisini Təmin Edin

Mikrobiomunuzdakı bakteriyaların müxtəlifliyinə və paylanmasına baxılaraq çəki almağa meylliyiniz ölçülə bilər.

İtirdiyiniz çəkiləri təkrar qazanmağınızın və ya çəkiyə nəzarət edə bilməməyinizin arxasında mikrobiom profiliniz dayana bilər.

Mikrobiom balansının təmin olunması itirilən çəkilərin daimi olmasını və ideal çəkinin qorunmasını təmin edir.

ENBIOSIS sahib olduğu elm və texnologiya ilə mikrobiomunuzu analiz edir və sağlam mikrobiom profilinə çatmağınız üçün istehlak etməli olduğunuz qidaları hesablayaraq sizə təqdim edir.

Qida Göstəriciləri 

Mikrobiomun sağlamlığı əsasən istehlak etdiyiniz qidaların təsirindən asılıdır. Mikrobiom profilinizə məxsus olan qida göstəricilərinizi kəşf edərək sağlamlığınızın qeydinə qala bilərsiniz.

 

Liv Sağlamlıq guşəsi
Left Arrow
Right Arrow