Bariatriya – Bariatriya Cərrahiyyəsi – Mədə Kiçiltmə Əməliyyatı

Liv Bona Dea Hospitalın Bariatrik və Metabolik Cərrahiyyə Klinikasında tətbiq olunan bariatrik cərrahiyyə ilə xəstənin rahatlığı və ağırlaşma baxımından üzdə son dərəcə təbəssüm yaradacaq nəticələr əldə olunur.
bariatriya-mede kiciltme emeliyyati
Əlaqədar Həkimlər
Hamısını görün Chevron Right

Son yeniləmə tarixi: 11.03.2025 11:31:24

Bariatrik cərrahiyyə nədir?

Bariatrik cərrahiyyə, piylənmə ilə mübarizədə effektiv olan cərrahi müdaxilədir. Bu metod, arıqlama üçün mədənin həcmində azalma yaradaraq, qida qəbulunun məhdudlaşdırılmasına kömək edir. Liv Bona Dea Hospitalda mədə kiçiltmə əməliyyatı da daxil olmaqla, çoxsaylı bariatrik cərrahi prosedurlar peşəkar komandamız tərəfindən həyata keçirilir.

Bariatrik cərrah əməliyyatından sonra qidalanma

Bariatrik cərrahiyyənin uğurla nəticə verməsi üçün qidalanma rejimi çox vacibdir. Əməliyyatdan sonra doğru qidalanma əməliyyatın daha yaxşı nəticə verməsinə təkan verəcək. Köklük narahat olunacaq xəstəliklərə yol aça biləcək bir vəziyyət olduğundan, bu əməliyyat sizə normal bədən quruluşuna qayıtmağa kömək edə bilər. Sadəcə əməliyyat sonrası qida normalarına diqqət etmək vacibdir. Bunun üçün:

🍹 Maye qidalarla başlamaq,
🍲 Yumşaq qidalara keçid,
🍔 Kiçik porsiyalarla balanslı bəslənmə,
🍎 Vitamin və mineral dəstəyi almaq vacibdir.

Bariatrik cərrahiyyə əməliyyatından sonra düzgün qidalanma qaydalarına riayət etmək, arıqlama prosesini daha effektiv və uzunmüdətli etməyə kömək edir.

Piylənmə və Bariatrik cərrahiyyə

Piylənmə, ciddi səhiyyə problemi olmaqla yanaşı, bədəndə fəaliyyət pozğunluqlarına səbəb ola bilər. Bariatrik cərrahiyyə piylənmənin yaratdığı fəsadları minimuma endirərək, şəxsin daha rahat və enerjili həyata sahib olmasına imkan yaradar. Bu prosedurlar piylənməyə bağlı diabet, hipertenziya və yuxu apnesi kimi problemlərin azalmasına da kömək olur.

 

Bariatrik cərrahiyyə üçün bədən kütlə indeksi

Bariatrik cərrahiyyə üçün bədən kütlə indeksi (BKİ) mühüm rol oynayır. Əməliyyat üçün adətən BKİ 35-dən yuxarı olan, piylənməyə bağlı sağlamlıq problemləri yaşayan insanlara təklif olunur. Bədən kütlə indeksi kateqoriyaları aşağıdakı kimidir:

 

  • 18.5-25...... Normal çəkili
  • 25-30......... Həddindən artıq çəkili
  • 30-35......... Kök (sinif 1)
  • 35-40......... Kök (sinif 2)
  • 40-50......... Xəstəlik səviyyəsində köklük
  • >50............ Olduqca kök

Liv Bona Dea Hospitalda bariatrik cərrahiyyə prosedurları fərdi yanaşma ilə təqdim edilir. Əməliyyatın sizə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün mütəxəssislərimizlə əlaqə saxlayın! 📞