Backrgound Image
Home Icon
Arrow
Arrow
Xroniki bronxit xəstəliyi

Xroniki bronxit xəstəliyi

Calendar Icon
07 mart 2025
Məqalənin məzmunu
  • Xroniki bronxit müalicəsi
  • Xroniki bronxitin əlamətləri
  • Xroniki obstruktiv bronxit
  • Uşaqlarda xroniki bronxit
  • Kəskin xroniki bronxit
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon


Xroniki bronxitin əlamətləri

Xroniki bronxit əlamətləri nələrdir? Bu xəstəlik tənəffüs yollarının uzunmüddətli iltihabi xəstəliyidir və adətən davamlı öskürək və bəlğəm ifrazı ilə müşayiət olunur. Bu xəstəlik hansı hallarda özünü biruzə verir? Əsasən siqaret çəkənlərdə, hava çirkliliyi olan mühitdə yaşayan insanlarda və zəif immun sisteminə malik şəxslərdə bu xəstəlik daha çox müşahidə olunur. Xroniki bronxit zamanı tənəffüs yollarında daim selik və iltihab olur. Buna görə də xəstəlik uzun müddət davam edə və zamanla ağırlaşa bilər. Xəstəliyin əsas əlamətləri arasına daxil olan simptomlarla gəlin tanış olaq:

 

  • Uzunmüddətli öskürək
  • Nəfəs darlığı
  • Sinə bölgəsində ağırlıq hissi 
  • Tez-tez infeksiyalara yoluxma 
  • Nəfəs alarkən xırıltı və fitvari səslərin olması

 

Nəfəs alarkən xırıltı və fitvari səslərin olması tənəffüs yollarının daralması səbəbindən eşidilə bilər.  Tez-tez infeksiyalara yoluxma zamanı tənəffüs yolları zəifləyir, bakterial və viral infeksiyalara daha həssas olur. Sinə bölgəsində ağırlıq hissi isə xəstələrdə sinə nahiyəsində sıxılma və təzyiq hissinə səbəb olur. Nəfəs darlığının ağırlaşmış hallarında gündəlik fəaliyyətlər zamanı belə xəstələrdə nəfəs almaq çətinləşir. Adətən səhər saatlarında daha güclü olan uzunmüddətli öskürək özünü bəlğəmlə də biruzə verə bilir. Xroniki bronxit illərlə davam edə bilər və vaxtında müalicə olunmazsa, tənəffüs çatışmazlığı kimi ciddi problemlərə səbəb ola bilər.

 

Xroniki bronxit müalicəsi

Xroniki bronxit tamamilə sağaldılması çətin olan bir xəstəlikdir. Ancaq düzgün müalicə və həyat tərzi dəyişiklikləri ilə simptomlar xeyli yüngülləşdirilə bilər. Xəstəliyin müalicəsi zamanı əsas diqqət edilən məqam əsasən simptomların idarə olunmasına və ağciyərlərin qorunmasına yönəlib. Xroniki bronxitin müalicə üsulları haqqında bir neçə məlumat paylaşmaq istəyirik:

 

  • Nəfəs yollarını açmağa və nəfəs almanı rahatlaşdırmağa kömək edən bronx genişləndirici dərmanların təyini. 
  • Ağciyərlərdəki iltihabı azaltmaq üçün istifadə olunan iltihab əleyhinə dərmanlar.
  • Bəlğəmin xaric olunmasını asanlaşdıraraq bronxların təmizlənməsinə kömək edən  öskürək və bəlğəm gətirici dərmanlar.
  • Ağciyərlərin funksiyasını yaxşılaşdırmaq üçün istifadə olunan tənəffüs məşqləri və inhalasiya terapiyası.
  • Xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün ən vacib addımlardan biri olan siqaretdən imtina.
  • Bədəni infeksiyalara qarşı daha davamlı olması üçün sağlam həyat tərzi və sağlam qidalanma rejiminin tətbiq olunması.

 

Xroniki bronxitin təbi̇i̇ müalicəsi

Xroniki bronxitin təbii müalicəsi nələri əhatə edir və hansı yollar daha effektiv nəticə almağa kömək edir? Bəlğəmin xaric olunmasını asanlaşdırmaq və tənəffüs yollarını qorumaq üçün bir sıra təbii üsullar var:

 

  • Tənəffüs yollarını yumşaltmağa və öskürəyi azaltmağa kömək edən bal və zəncəfil qarışığı olduqca təsirli üsuldur.
  • Boğazı və bronxları təmizləyərək iltihabın azalmasına kömək edən digər bir üsul duzlu su ilə qarqara və inhalasiyadır.
  • Təbii olan və heç bir yan təsiri olmayan bitki çaylarından kəklikotu, nanə və zəncəfil çayları nəfəs yollarını açır və iltihabı azaldır.
  • Ağciyərlərin daha yaxşı oksigenlə təmin olunmasına kömək edən fiziki aktivlik və nəfəs məşqləri olduqca təsirli bir üsuldur.
  • Bəlğəmin daha asan xaric olunmasına və bronxların təmizlənməsinə kömək edən daha bir vasitə bol maye qəbuludur.

 

Təbii müalicə üsulları xəstəliyin yüngül formalarında və dəstəkləyici terapiya kimi faydalı ola bilər. Lakin ağır hallarda mütləq həkim nəzarəti altında tibbi müalicə alınmalıdır.

 

Xroniki obstruktiv bronxit

Xroniki obstruktiv bronxit, xroniki bronxitin daha ağır formalarından biridir. Bu xəstəlik tənəffüs yollarının qalıcı daralması ilə xarakterizə olunur. “Xroniki Obstruktiv Ağciyər Xəstəliyi” kimi tanınan bu sindrom ağciyərlərdə daimi zədələnməyə səbəb olur. Bu xəstəlik zamanı hansı hallar baş verir?

 

  • Tənəffüs yollarının divarları qalınlaşır
  • Bəlğəm ifrazı artır
  • Havanın ağciyərlərdən xaric olması çətinləşir. 

 

Xroniki obstruktiv bronxit simptomları arasında ağır nəfəs darlığı, davamlı öskürək, xroniki yorğunluq və infeksiyalara tez-tez yoluxma yer alır. Müalicə metodları demək olar ki, digər bronxit növləri ilə oxşardır. Ümumi olaraq isə xəstəliyin irəliləməsinin qarşısını almaq üçün daha ciddi tədbirlər tələb oluna bilər.

 

Uşaqlarda xroniki bronxit

Uşaqlarda xroniki bronxit nə zaman müşahidə olunur? Tənəffüs yolu infeksiyalarına məruz qalmış və immuniteti zəif olan uşaqlarda bu xəstəlik daha çox müşahidə olunur. Bu vəziyyət, xüsusilə allergik reaksiyalar və çirklənmiş hava şəraitində yaşayanlar üçün daha ağır nəticələr verə bilər. Uşaqlarda xroniki bronxit zamanı əsas əlamətlər arasında yer alan sipmtomlarla tanış olaq:

 

  • 3 həftədən çox davam edən uzunmüddətli öskürək
  • Bəlğəmli öskürək və nəfəs darlığı hallarının olması
  • Tez-tez tənəffüs yolu infeksiyalarına yoluxma baş verirsə
  • Gecələr daha çox müşahidə edilən xırıltılı nəfəs eşidilirsə o zaman ciddi tədbirlər alınmalıdır.   

 

Xəstəliyin müalicəsində əsas yanaşma uşağın immun sistemini gücləndirmək və allergenlərdən qorumaqdır. Uşaqlarda xroniki bronxit zamanı siqaret tüstüsündən uzaq durmaq, otaq havasını təmiz saxlamaq və həkim tərəfindən təyin olunan inhalyatorlardan istifadə etmək olduqca vacibdir.

 

Kəskin xroniki bronxit

Kəskin xroniki bronxit xəstəliyin daha ağır formalarından biridir. Mövsümi soyuqdəymələr, infeksiyalar və ya allergik reaksiyalar səbəbindən xroniki bronxitin qəfil şiddətlənməsi baş verə bilir. Xroniki bronxitin kəskinləşməsi zamanı xəstəlik daha ağır simptomlarla özünü biruzə verir. Bu zaman tənəffüs problemləri daha ciddi hala gələ bilər. Kəskin xroniki bronxit zamanı hansı simptomlar müşahidə edilə bilər gəlin birlikdə baxaq:

 

  • Öskürəyin artması, bəlğəmin daha qatı və çox olması simptomlardan biridir
  • Əgər bakterial infeksiya baş veribsə, yüksək hərarət və titrəmə olur
  • Ağır nəfəs darlığı və döş qəfəsində sıxılma hissi yaranarsa
  • Gücsüzlük və tez yorulma halları bu xəstəliyin əsas simptomlarındandır.

 

Xroniki bronxitin kəskinləşməsi zamanı xəstəyə dərhal tibbi yardım göstərilməlidir. Bakterial infeksiya varsa, müalicə zamanı antibiotiklər, nəfəs darlığı hallarında bronx genişləndiricilər, steroidlər və nəfəs terapiyaları tətbiq edilə bilər. Kəskinləşmənin qarşısını almaq üçün xəstələr qrip və pnevmoniya peyvəndləri vurdurmalıdırlar. Bundan savayı, siqaretdən uzaq durmalı və immun sistemini gücləndirməlidirlər. Müalicə erkən mərhələdə aparılmadıqda, xəstəlik tənəffüs çatışmazlığına səbəb ola bilər ki, bu da ümumi vəziyyətin ağırlaşmasına səbəb ola bilər.

* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
15 aprel 2025 14:04:30
Liv Hospital Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!