Backrgound Image
Home Icon
Arrow
Arrow
Xolesterin nədir?

Xolesterin nədir?

Calendar Icon
19 mart 2025
Məqalənin məzmunu
  • Xolesterini azaldan qidalar
  • Xolesterin əlamətləri   
  • Xolesterin analizi  
  • Xolesterinin təbii yolla müalicəsi  
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon

 

Xolesterin, orqanizmin normal fəaliyyəti üçün vacib olan bir yağ növüdür. Lakin onun səviyyəsi artdıqda sağlamlıq üçün risk yarada bilər. Xolesterol nədir, sualına cavab olaraq deyə bilərik ki, o, hüceyrə membranlarının quruluşunda iştirak edir və hormonların sintezi üçün vacibdir.

Xolesterini azaldan qidalar

Sağlam qidalanma xolesterin pəhrizi üçün vacibdir.

Aşağıda azaldan bəzi məhsulları paylaşırıq:

 

✅ Yulaf
✅ Avokado
✅ Zeytun yağı
✅ Yağsız süd və qatıq
✅ Balıq (xüsusilə somon, tuna)

 

Xolesterini artıran qidalar:

 

🚫 Qızardılmış yeməklər
🚫 Qırmızı ət və yağlı pendirlər
🚫 Şəkər və şirniyyatlar


Xolesterin əlamətləri   

Xolesterin səviyyəsinin yüksəlməsi uzun müddət simptom verməyə bilir. Ancaq bəzi hallarda aşağıdakı əlamətlər müşahidə oluna bilər:

 

Yorğunluq və halsızlıq

Başgicəllənmə

Döş nahiyəsində ağrı

 

Qanda xolesterin çox olması    

Xolesterin yüksək olması ürək-damar xəstəlikləri üçün risk faktoru hesab edilir. Bu səbəbdən mütəmadi olaraq qan analizi vermək tövsiyə olunur.

 

Qanda xolesterin norması 

Bəs qanda xolesterin nə qədər olmalıdır? Ümumiyyətlə xolesterin səviyyəsi 200 mq/dl-dən aşağı olmalıdır. Əgər bu göstərici yüksəkdirsə, həkimə müraciət etmək vacibdir.

 

Qanda xolesterin az olması   

Xolesterinin çox olması kimi, onun aşağı olması da problem yarada bilər. Çünki xolesterin hormonlar və hüceyrə strukturlarının qurulmasında mühüm rol oynayır.

 

Xolesterin analizi  

Xolesterin analizi qiyməti laboratoriyadan asılı olaraq dəyişə bilər. Bu test, xolesterin səviyyəsini müəyyən etməyə və sağlamlıq vəziyyətinizə uyğun tədbir görməyə kömək edir. Xolesterin analizi, qanınızdakı ümumi xolesterin səviyyələrini ölçərək ürək-damar xəstəliklərinin riskini qiymətləndirməyə imkan verir. Bu test, həmçinin trigliserid səviyyələrini də müəyyən edir. Müntəzəm olaraq xolesterin səviyyəsini izləmək, ürək xəstəlikləri və insult riskini azaltmağa kömək edir. Həkiminiz bu nəticələrə əsaslanaraq sizin üçün uyğun olan pəhriz və həyat tərzi tövsiyələrini verə bilər.

 

Xolesterinin təbii yolla müalicəsi  

Xolesterin dərmanları necə qəbul edilir? Xolesterin azaldan dərmanlar bəzi hallarda lazım olsa da, təbii yollarla da xolesterini normaya salmaq mümkündür:

 

✅ Fiziki aktivlik
✅ Sağlam və balanslı qidalanma
✅ Stressin idarə olunması
✅ Siqaretdən uzaq durmaq

 

Bu sadalanan nüanslara diqqət etsəniz qanda olan xolesterinin səviyyəsiniz normada saxlaya bilərsiniz. Xolesterini nəzarətdə saxlamaq üçün mütəmadi olaraq analiz vermək və düzgün həyat tərzi seçmək vacibdir.



 

 


* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
07 aprel 2025 15:44:31
Liv Hospital Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!