Backrgound Image
Home Icon
Arrow
Arrow
Vərəm Nədir?

Vərəm Nədir?

Calendar Icon
29 may 2024
Məqalənin məzmunu
  • Ağciyər Vərəminin Klinik Simptomları Hansılardır?
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon

Vərəm yoluxucu xəstəlik olub, müxtəlif orqanlarda infeksiyaya səbəb ola bilər. Vərəmin ən çox rast gəlindiyi orqan ağciyərdir. Vərəm xəstəliyinin yayılması hava damcı yolu ilə olub , xəstə insanın asqırması, öskürməsi və ya tənəffüsü zamanı ətrafa yayılan hava damcılarının sağlam insanın tənəffüs yoluna düşməsi ilə yoluxur. Xüsusilə immuniteti zəif olan şəxslərdə  aktiv xəstəlik törətmə riski daha yüksək olur.

Ağciyər Vərəminin Klinik Simptomları Hansılardır?

 

Öskürək

Ən çox görülən şikayət öskürək olub, 2 həftədən çox davam edən öskürəklərdə vərəm araşdırılmalıdır.
Öskürək daha çox bəlğəmli olub, quru öskürək halında da rast gəlinə bilər.

Hərarət

Adətən axşama yaxın yüksəlir və uzun müddətli subfebril temperatur (37.5 ə qədər) şəklində davam edir.

Qanhayxırma

Xüsusilə kavernoz vərəmdə rast gəlir, destruktiv vərəmlərin hamısında görülə bilər. Zədə görmüş ağciyər sahəsinə bağlı olaraq qanamanın miqdarı dəyişə bilir.

Sinədə Ağrı

Ağciyər vərəmində ağrı az hallarda rast gəlinir.Əsasən Plevra vərəmində görülə bilər.

Təngnəfəslik

Zədələnmiş ağciyər toxuması sahəsinə bağlı olaraq və artmış sekresiya hesabına yaranmış bronxospazmla əlaqəli yarana bilər.

Digər simptomlar:

Çəki itgisi, gecə tərləməsi
Ağciyər vərəminin müalicəsi

Vərəm effektiv müalicə ilə tam sağalan xəstəlikdir. Vaxtında müalicə olmadıqda zədələnmiş ağciyər sahəsi artır və geridönməz xəsarətlərə səbəb olur. Yuxarıda tərif edilən simptomlar olarsa dərhal həkimə müraciət edilməlidir.

* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
vərəm
ağciyər
öskürək
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
27 iyun 2024 11:53:59
Liv Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!