Vaspaleniya, yəni iltihab müxtəlif orqan və sistemlərdə meydana gələ bilən bir xəstəlikdir.
Ümumiyyətlə, vaspaleniyanın əlamətləri bunlardır:
Ağrı – Ən yayğın əlamət ağrıdır, hansı ki, iltihabın olduğu bölgədə hiss olunur.
Şişlik – İltihablı sahədə şişlik müşahidə edilir.
Qızartı – Dəri altında və ya orqanda qızartı meydana gəlir.
İstilik – İltihablı bölgədə istilik artımı hiss olunur.
Funkional pozulmalar – İltihabın təsir etdiyi orqan və ya toxumanın funksiyaları pozulur.
Qadınlarda vaspaleniya xəstəliyinin hansı növləri var?
Qadınlarda vaspaleniyanın müxtəlif növləri var, bunlar arasında:
Pelvik iltihab xəstəliyi (PID)
Mastit
Endometrioz
Vaginit
Daha detallı açıqlama versək qeyd edə bilərik ki, Pelvik iltihab xəstəliyi genital orqanlarda iltihabın meydana gəlməsi nəticəsində ortaya çıxır. Çox vaxt bakterial infeksiyaların nəticəsi olaraq yaranır. Mastit süd vəzisi toxumasının iltihabı sayılır və adətən, ana südü verən qadınlarda rast gəlinir. Endometrioz uşaqlıq yolunun daxili qatının anormal olaraq başqa yerlərdə inkişaf etməsi ilə bağlı iltihabın meydana gəlməsidir. Vaginit iltihabı isə adətən infeksiyalar və ya hormonal dəyişikliklər səbəbiylə yaranır.
Kişilərdə vaspaleniya xəstəliyinin hansı növləri var?
Kişilərdə vaspaleniyanı təsir edən bəzi əsas növlər aşağıdakılardır:
Prostatit prostat bezində iltihab deməkdir. İnfeksiyalar səbəbindən meydana gəlir.
Epididimit sidik yolu ilə yaranan infeksiyadır.
Uretrit iltihabı, əsasən cinsi yolla keçən infeksiyalar səbəbindən yaranır.
Balanit penis başlığının iltihabıdır deyə bilərik.
Vaspaleniyanın təbii yolla müalicəsi
Vaspaleniyanın təbii müalicəsi üçün bəzi üsullar mövcuddur, lakin bu həmişə həkim məsləhəti ilə olmalıdır. Təbii müalicə üsullarından bəziləri:
Zəncəfil, sarımsaq, çobanyastığı kimi təbii vasitələr iltihabın qarşısını alır.
İltihablı sahəyə isti kompres tətbiq etmək ağrıları və şişkinliyi azaldır.
Ağız və boğaz iltihabı üçün duzlu su ilə qarqara etmək rahatlıq verir.
Qara çay, sarıkök və zəncəfil kimi antioksidantları qidaya əlavə etmək vaspaleniyanın müalicəsinə kömək edir.
Bu üsullar müalicəni dəstəkləyici olsa da, həkimə müraciət etmək hər zaman vacibdir. Bona Dea Hospitalının mütəxəssis həkimləri sizin sağlamlığınız üçün lazımi müayinə və müalicə metodları tətbiq edəcək biliyə malikdirlər. Bizə müraciət edin və daha sağlam həyata addım atın!
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .