Süd Vəzi Cərrahiyyəsi

Süd Vəzi Cərrahiyyəsi
Süd vəzi xərçəngində erkən diaqnozun həyati əhəmiyyətinə əsaslanaraq, Liv Bona Dea Hospitalda mammoqrafiya, ultrasəs və MRT prosedurları ilə müasir standartlara cavab verən diaqnostik texnologiyadan istifadə edilir. Liv Bona Dea Hospital Süd Vəzi Cərrahiyyəsi Klinikasında xərçəng tarixçəsi olanlara və digər süd vəzi xəstəliklərinin diaqnostikası və müalicəsinə multidissiplinar nöqteyi-nəzərdən yanaşılır.
Süd Vəzi Xərçəngi Necə Müalicə Edilir?
Liv Bona Dea Hospital Süd Vəzi Cərrahiyyəsi Klinikasında süd vəzi xəstəliklərinin diaqnostikası və müalicəsində süd vəzisi cərrahiyyəsi, radiologiya, patologiya, tibbi onkologiya, radiasiya onkologiyası, genetika və psixiatriya kimi müxtəlif şöbələrin mütəxəssisləri ən son texnoloji diaqnostika və müalicə üsullarından istifadə etməklə birlikdə təqib və müalicəyə qərar verirlər. Bundan əlavə, süd vəzi xərçəngi xəstələri üçün ən uyğun müalicə protokolu mövcud yanaşmalar nəzərə alınaraq şiş konsiliumu tərəfindən təyin edilir.
Xəstənin genetik xüsusiyyətləri, şiş xüsusiyyətləri, yaşı və cinsi kimi bütün xüsusiyyətləri müalicə üçün böyük əhəmiyyət kəsb edir. Liv Bona Dea Hospital Süd Vəzi Cərrahiyyəsi Klinikasında bütün bu xüsusiyyətlər nəzərə alınaraq xəstələr müxtəlif sahələrdən olan həkimlər tərəfindən qiymətləndirilir və fərdi müalicə protokolu tətbiq edilir. Klinikada həyata keçirilən ailə skrininqi ilə xərçəng riski altında olan ailə üzvləri müəyyənləşdirilir.
Liv Bona Dea Hospital Süd Vəzi Cərrahiyyəsi Klinikasında, qabaqcıl süd vəzi cərrahiyyəsi prosedurları ilə yanaşı, radiologiya bölməsi ilə əməkdaşlıq edilərək xəstələrin klinik vəziyyətinin zərurətinə uyğun olaraq tru-cut biopsiya, vakuum biopsiya, ultrasəs və ya mamoqrafiya ilə kütlənin işarələnməsi və çıxarılması kimi üsullar tətbiq edilir.