Backrgound Image
Home Icon
Arrow
Arrow
Pankreatit Nədir | Xroniki Pankreatit Müalicəsi

Pankreatit Nədir | Xroniki Pankreatit Müalicəsi

Calendar Icon
28 fevral 2025
Məqalənin məzmunu
  • Pankreatit nədir?
  • Pankreatit əlamətləri
  • Xroniki pankreatit müalicəsi
  • Pankreatit zamanı qidalanma
  • Pankreatit analizi 
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon

 

Pankreatit nədir?

Pankreatit nədir? Bu, mədəaltı vəzin (pankreasın) iltihablanması ilə xarakterizə olunan xəstəlikdir. Pankreas, həzm fermentləri və hormonların, xüsusilə insulinin istehsalı ilə məşğuldur. Pankreatit zamanı bu fermentlər vəzin daxilində aktivləşərək toxumalara zərər verir və iltihaba səbəb olur.

Pankreatitin iki əsas növü var:

  1. Kəskin pankreatit qəfil başlayan və ağır simptomlarla müşahidə olunan vəziyyətdir. Müalicə edilməzsə, ağırlaşmalara səbəb ola bilər.
  2. Xroniki pankreatit isə uzun müddətli, çətin bir xəstəlikdir və vəzin funksiyalarını daimi şəkildə poza bilər.

Pankreatitin səbəbləri arasında:  

Öd kisəsi daşları yaranması ilə ödün axınının pozulması pankreatitin əsas səbəblərindən biridir.

Alkoqol xüsusilə uzunmüddətli və həddindən artıq qəbul olunduqda pankreatit riskini artırır.

Metabolik pozğunluqlar qanda trigliseridlərin yüksək olması və ya genetik meyillilik ilə əlaqəli olur.

Pankreatitin həm həyat keyfiyyətinə, həm də ümumi sağlamlığa təsirləri böyükdür. Pankreatit nədir və onunla necə mübarizə aparılır? Bu suallarınıza Bona Dea Hospital-da dəqiq cavab tapa bilərsiniz. Burada müasir tibbi avadanlıqlar və peşəkar mütəxəssis heyəti pankreatit xəstəliyinin diaqnostikası və müalicəsi üçün ən yüksək səviyyədə xidmət göstərir.

 

Pankreatit əlamətləri

Pankreatit əlamətləri xəstəliyin növündən və şiddətindən asılı olaraq dəyişir. Kəskin pankreatitdə simptomlar qəfil və ağır olur, xroniki pankreatitdə isə əlamətlər daha az şiddətlidir, lakin davamlıdır. Bu xəstəliyin əsas əlamətlərini sizinlə bölüşürük:

Şiddətli qarın ağrısı

Ürəkbulanma və qusma

Qızdırma və zəiflik

Sarılıq

Arıqlama və iştaha itkisi

Arıqlama və iştah itkisi həzm prosesinin pozulması ilə əlaqədar olaraq özünü biruzə verir. Xüsusilə xroniki pankreatitdə sarılıq müşahidə edilir. İltihab səbəbilə bədənin müdafiə sistemi aktivləşir və qızdırma, ümumi zəiflik simptomları ortaya çıxır. Bu xəstəlik zamanı həzm fermentlərinin təsirindən ürəkbulanma və qusma hissi yaranır. Şiddətli qarın ağrısı isə yuxarı ətrafdan başlayır və çox vaxt bel nahiyəsinə yayılır. Ağrılar yeməkdən sonra daha da arta bilər. Pankreatit əlamətləri müşahidə edildikdə dərhal həkimə müraciət etmək lazımdır. Erkən diaqnoz ciddi ağırlaşmaların qarşısını ala bilər.

 

Xroniki pankreatit müalicəsi

Xroniki pankreatit, mədəaltı vəzinin davamlı iltihabı nəticəsində həzm funksiyalarının pozulması ilə xarakterizə olunur. Bu xəstəlik uzunmüddətli və sistemli müalicə tələb edir. Müalicə prosesi iltihabın qarşısını almaq, ağrıları azaltmaq və həzm sisteminin fəaliyyətini bərpa etməyə yönəlib. Xroniki pankreatitin müalicə metodları haqqında daha ətraflı məlumatı təqdim edirik:

Diyet və qidalanma üsulu ilə müalicə

Xroniki pankreatit zamanı düzgün qidalanma xəstəliyin idarə olunmasında əsas amillərdən biridir. Yağlı, qızardılmış, ədviyyatlı qidalardan uzaq durmaq və proteinlə zəngin, balanslı qida rasionuna üstünlük vermək tövsiyə edilir. Alkoqoldan və qazlı içkilərdən uzaq durmaq vacibdir. Bu zaman müalicə təsiri daha effektiv olacaq.

Dərman müalicəsi üsulu

Mədəaltı vəzinin funksiyasını dəstəkləmək üçün pankreatik fermentlər, iltihab əleyhinə dərmanlar və ağrıkəsicilər təyin olunur. Bəzi hallarda insulin terapiyası da tələb oluna bilər. Bütün bu vasitələr həkim məsləhəti ilə yazılmalı və qəbul edilməlidir!

Fizioterapiya və həyat tərzi dəyişikliyi vasitəsilə müalicə üsulu

Stressin idarə olunması, fiziki aktivliyin artırılması və siqaretdən imtina xroniki pankreatitin ağırlaşmalarının qarşısını ala bilər. Sadalanan vacib məqamlar nəzərə alınaraq müalicə daha effektiv ola və tez başa gələ bilər. Sağlamlığınızı qorumaq eyni zamanda sizin əlinizdədir, bunu unutmayaq!

Cərrahi müdaxilə üsulu ilə müalicə

Xəstəliyin ağırlaşmış formalarında mədəaltı vəzisində əmələ gələn zədələri aradan qaldırmaq üçün cərrahi əməliyyatlar aparıla bilər. Cərrahi müdaxilə ya ağırlaşmış hallarda yerinə yetirilir ya da təyin edilmiş digər müalicə üsullarından effektiv nəticə alınmadıqda tətbiq ediril. İlkin mərhələdə xəstəlikdən əziyyət çəkən şəxslərə mümkündürsə, müalicə yolu ilə köməklik göstərilir.

Bona Dea Hospitalında xroniki pankreatit müalicəsi

Bona Dea Hospitalında peşəkar həkimlər tərəfindən fərdi yanaşma tətbiq edilir. Müasir tibbi avadanlıqlar sayəsində dəqiq diaqnostika aparılır və xəstələr üçün ən effektiv müalicə üsulları təklif olunur. Onlayn qeydiyyat sistemi vasitəsilə rahatlıqla qəbul üçün müraciət edə bilərsiniz. Aparılan diaqnostika nəticəsində xəstəliyin maksimal effektiv yollarla müalicəsi və sağalması mümkündür.

 

Pankreatit zamanı qidalanma

Pankreatit zamanı qidalanma, xəstəliyin müalicəsində və sağalma prosesində mühüm rol oynayır. Pankreasın işini yüngülləşdirmək və iltihabı azaltmaq üçün xüsusi diyet tətbiq edilir.

Tövsiyə olunan qidalar:

Yağsız proteinlər: Toyuq əti, balıq, yumurta ağları və yağsız süd məhsulları.

Tam taxıllar: Qəhvəyi düyü, yulaf və tam buğda çörəyi kimi qidalar həzm prosesinə dəstək olur.

Tərəvəz və meyvələr: Xüsusilə antioksidantlarla zəngin olan qidalar pankreasın bərpasını dəstəkləyir.

Bitki yağları: Zeytun yağı və ya avokado yağı kimi sağlam yağlar az miqdarda istifadə edilməlidir.

Qadağan olunan qidalar:

Yağlı və qızartma yeməklər: Həzm prosesini çətinləşdirir və pankreasın işini artırır.

Şəkərli içkilər və desertlər: Pankreasın insulinin istehsalını artırmasına səbəb olur.

Alkoqol: Pankreas iltihabını ağırlaşdırır.

Pankreatit zamanı qidalanma, vəzin işini yüngülləşdirmək və xəstəliyin təkrarlanmasının qarşısını almaq üçün vacibdir.

 

Pankreatit analizi 

Pankreatit analizi, xəstəliyin diaqnozunda ən vacib addımlardan biridir. Bu analizlər pankreasın fəaliyyəti haqqında dəqiq məlumat verir və müalicə planının hazırlanmasında mühüm rol oynayır. Əsas analizlər sırasına daxil olan Pankreatik amilaza,  Lipaza testi, qan testləri, MRT və ya ultrasəs müayinəsi təyini ilə bağlı məlumat verəcəyik:

  1. Qanda və ya sidikdə amilaza səviyyəsinin artması pankreatitin əsas göstəricilərindən biridir. Bu fermentin səviyyəsi kəskin pankreatitdə xeyli yüksəlir. Bunun üçün Pankreatik amilaza testi götürülür.
  2. Pankreasın bu xəstəliyin istehsal etdiyi digər fermentdir. Bu fermentin səviyyəsi də pankreatit zamanı yüksəlir. Lipaza testi bu fermentin ölçülməsi üçün lazımlıdır.
  3. Ağ qan hüceyrələrinin səviyyəsinin artması iltihabı göstərə bilər. Ona görə də qan testləri mütləq şəkildə götürülməlidir.
  4. MRT və ultrasəs müayinəsi pankreasın strukturunda dəyişikliklərin olub-olmadığını müəyyən etmək üçün istifadə edilir.

Pankreatik amilaza səviyyəsi yüksək olduqda, dərhal müalicəyə başlanmalıdır. Bu, xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün vacibdir. Onlayn qeydiyyat vasitəsilə sağlamlıq mərkəzimizə qəbul alaraq, fərdi müalicə planı hazırlamaq üçün mütəxəssislərlə məsləhətləşə bilərsiniz. Həkim məsləhəti və yüksək səviyyəli xidmətlə Bona Dea Hospital sizin sağlamlığınızın təminatçısı olacaq. Sağlamlıq mərkəzi olaraq xəstəxana, pankreatitin dəqiq diaqnozu və müalicəsində hər zaman yanınızdadır.

* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
28 fevral 2025 08:44:23
Liv Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!