Bilirsənmi, bədənimizdəki bütün hüceyrələr oksigenə ehtiyac duyur? Hipoksiya, toxumalara və orqanlara yetərli oksigenin çatmaması vəziyyətidir. Bu, müxtəlif səbəblərdən yarana və erkən diaqnoz qoyulmadıqda ciddi sağlamlıq problemlərinə yol aça bilər. Aşağıda sizin üçün oksigen çatışmazlığı əlamətləri, onların səbəblərini və fərqli növlərini daha geniş şəkildə təqdim edəcəyik.
Oksigen çatışmazlığı əlamətləri
Hipoksiya əlamətləri fərqli formalarda özünü göstərə bilər:
🔹Tez-tez yorğunluq və halsızlıq
🔹Başgicəllənmə və diqqət yayınması
🔹Təngnəfəslik və nəfəs çatışmazlığı
🔹Dəri və dodaqlarda göyərmə
🔹Ürək döyüntülərinin sürətlənməsi
Oksigen azaldıqda bədən enerji çatışmazlığı yaşayır və beyin kifayət qədər oksigen almadıqda konsentrasiya problemi yaranır. Bu zaman fiziki fəaliyyət zamanı və ya istirahət halında belə nəfəs alma çətinləşə bilər. Qanda oksigen səviyyəsi aşağı düşdükdə bu əlamətlər görünür. Bədən oksigeni artırmaq üçün ürəyin işini sürətləndirir ki, bu halda da ürəyin döyüntüsü artmağa başlayır. Əgər sadalanan simptomları müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin!
Hipoksiya növləri
🫀 Ürəkdə hipoksiya
🩸 Qanda oksigen çatışmazlığı
🧠 Beyin hipoksiyası
🌬️ Ağciyər hipoksiyası
Hipoksiya müalicəsi
Hipoksiya ciddi vəziyyətdir və onun müalicəsi əsas səbəblərə bağlıdır. Müalicə üsulları fərqli olsa da onlar haqqında qısa xülasə təqdim edə bilərik:
✅ Oksigen terapiyası olan xüsusi cihazlar vasitəsilə qana oksigen verilir.
✅ Damar genişləndirici dərmanlar qan dövranını yaxşılaşdıraraq toxumalara daha çox oksigenin çatmasını təmin edir.
✅ Fiziki terapiya və nəfəs məşqləri ağciyərlərin funksiyasını gücləndirməyə kömək edir.
✅Düzgün qidalanma və həyat tərzi dəyişiklikləri oksigenin bədəndə daha yaxşı paylanmasına kömək edir.
Oksigen çatışmazlığının səbəbləri
🔹 Ağciyər xəstəlikləri (astma, bronxit, ağciyər fibrozları)
🔹 Qan azlığı (anemiya)
🔹 Damar tıxanıqlıqları və ürək-damar problemləri
🔹 Yüksək hündürlüklərdə oksigenin azalması
🔹 Zəhərlənmə və ya karbonmonoksid qazı təsiri
Hipoksiyanın qarşısını almaq üçün sağlam həyat tərzi keçirmək və nəfəs yollarının sağlamlığını qorumaq vacibdir.
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .