Backrgound Image
Home Icon
Arrow
Arrow
Hemofiliya xəstəliyinin əlamətləri

Hemofiliya xəstəliyinin əlamətləri

Calendar Icon
06 mart 2025
Məqalənin məzmunu
  • Hemofiliya xəstəliyinin əlamətləri
  • Hemofiliya xəstəliyi növləri
  • Hemofiliya analizi
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon

Hemofiliya, irsi bir qan xəstəliyidir. Bu xəstəlik qanın laxtalanma qabiliyyətinin pozulması ilə xarakterizə olunur. Xəstəlik adətən X xromosomu vasitəsilə keçir və kişilərdə daha çox müşahidə olunur. Çünki kişilər yalnız bir X xromosomuna malikdirlər. Qadınlar isə adətən daşıyıcı olur və bu xəstəlik onlarda nadir hallarda əlamətlərini göstərir. Hemofilya xəstəliyi zamanı qanın normal laxtalanması üçün lazım olan müəyyən zülallar çatışmır və ya düzgün işləmədiyi üçün qanaxmaların uzun müddət davam etməsinə səbəb olur. Xəstəliyin müalicəsi düzgün yanaşma ilə aparıldıqda simptomları idarə etmək və həyat keyfiyyətini artırmaq asanlaşır.

 

Hemofiliya xəstəliyinin əlamətləri

Hemofiliya xəstəliyinin əlamətləri qanaxmaların dərəcəsindən asılı olaraq dəyişir. Yüngül formalarda qanaxmalar cərrahi müdaxilələr və ya yüngül zədələr nəticəsində baş verir. Ağır formada qanaxma ciddi qan itkilərinə səbəb ola bilər. Gəlin hemofiliya haqqında daha geniş şəkildə araşdırma edək:

 

  • Dəri altında göyərmələr bu xəstəliyin simptomlarından biri ola bilər.  Kiçik zərbələrdən sonra belə dəridə geniş hematomlar yaranırsa, mütləq bunu ciddiyə alın və həkimə müraciət edin.
  • Burun qanaxmaları səbəbsiz yerə baş verirsə və uzun müddət dayanmırsa bu da qanaxmalar kateqoriyasına aid edilir.
  • Oynaqlarda ağrılar və şişkinliklər varsa bu zaman müayinə olunmaq mütləqdir. Çünki, qanaxmalar oynaqlara dolaraq iltihaba səbəb olur, xüsusilə də diz, dirsək və topuq oynaqlarında bu hallarla rastlaşmaq olur.
  • Yaraların gec sağalması da simptomlardan biridir. Bu xəstəlik zamanı kəsiklər və yaralar uzun müddət qanayır və sağalma prosesini çətinləşdirir.
  • Cərrahi müdaxilələrdən sonra qanaxma hallarına misal olaraq stomatoloji prosedurlar və ya kiçik əməliyyatları göstərə bilərik. Prosedurdan sonra qanaxmanın davam etməsi bu xəstəliyin göstəricisi ola bilər.

 

Unutmayın ki, hemofiliya xəstəliyi nəzarət altında saxlanmazsa, daxili qanaxmalar nəticəsində daha ciddi fəsadlara səbəb ola bilər.

 

 

Hemofiliya xəstəliyi növləri

Hemofiliya xəstəliyi növləri hansılardır? Hemofiliya xəstəliyi iki əsas növə bölünür:

 

  • Hemofiliya A: Bu növ ən çox rast gəlinən hemofiliya növüdür və Faktor VIII-in çatışmazlığı zamanı baş verir. Xəstələrdə qan laxtalanması çox yavaş olur və tez-tez qanaxmalar müşahidə edilir.
  • Hemofiliya B: Faktor IX çatışmazlığı ilə əlaqəlidir və daha nadir hallarda rast gəlinir. Hemofiliya B olan xəstələrdə də qanaxmalar uzun müddət davam edir. Bu zaman bədəndə səbəbsiz göyərmələr tez-tez baş verir.

 

Hemofliya xəstəliyi hər iki növdə fərqli müalicə yanaşmaları tələb edir. Bunun üçün dəqiq diaqnozun qoyulması vacibdir.

 

Hemofiliya analizi

Hemofiliya analizi necə götürülür? Hemofilya xəstəliyinin dəqiq diaqnozu qan laxtalanma testləri ilə həyata keçirilir. Əsas analizlərdən 3-nü sizinlə paylaşmaq istəyirik: 

 

  • Koaquloqram adlanan ilk analiz qanın laxtalanma müddətini ölçən testdir.
  • Laxtalanma faktorlarının analizi nəticəsində hemofiliyanın A və ya B növünü təyin edir. Bu zaman Faktor VIII və ya Faktor IX-un qanda səviyyəsi ölçülür. 
  • Genetik testlər ailədə olan genetik mutasiyanın, xəstəliyin irsi olub-olmadığını müəyyən edir.

 

Hemofilya analizi nəticəsində ilk növbədə xəstəliyin növü müəyyən olunur. Bu analizlər müalicə planının tərtibində vacib rol oynayır. Erkən diaqnoz hər zaman olduğu kimi müalicənin daha effektiv olmasını təmin edir. Hemofiliyanın müalicəsi xəstəliyin növünə və dərəcəsinə görə aparılır.

* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
15 aprel 2025 14:22:55
Liv Hospital Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!