Eritrositlərin çökmə sürəti
Eritrositlərin çökmə sürəti nədir və özünü necə biruzə verir? Bu göstərici qan analizində iltihab, infeksiya və digər xəstəliklərin diaqnozu üçün istifadə olunan vacib bir göstəricidir. Bu göstərici qandakı eritrositlərin təyin edilmiş normaya əsasən müəyyən müddət ərzində plazmadan ayrılıb hansı zaman civarında çökmə sürətini ölçür. Kişilərdə və qadınlarda eritrositlərin çökmə sürəti norma göstəricisi fərqli ola bilər. Bu göstərici adətən, kişilərdə 0-15 mm/saat, qadınlarda isə 0-20 mm/saat arasında dəyişir.
Əgər eritrositlərin çökmə sürəti yüksək olması müşahidə edilirsə, bu, bir çox xəstəliklərin başlanğıcına işarədir. Əgər bədəndə iltihab proseslərinin, infeksiyaların və ya xroniki xəstəliklərin mövcud olduğunu təyin etmək istəyirsinzisə, ilk olaraq bu analizi verə bilərsiniz. Eritrositlərin çökmə sürəti səviyyəsinin yüksəlməsi xərçəng, autoimmun xəstəliklər və böyrək problemləri kimi ciddi xəstəliklərlə əlaqəli ola bilər. Qanda olan eritrositlərin hərəkətliliyində anormallıq aşkar edildikdə, səbəbi müəyyən etmək üçün əlavə laborator analizlər də tələb oluna bilər.
Eritrositlərin orta həcmi (MCV) nə qədər olmalıdır?
Eritrositlərin orta həcmi (MCV) qandakı qırmızı qan hüceyrələrinin ölçüsünü göstərən bir laborator göstəricidir. Norma hesab edilən və tibb aləmində təyin edilmiş eritrosit norma göstəricisi 80-100 fL arasında dəyişir.
MCV dəyəri 80 fL-dən aşağıdı olması mikrositar anemiya, yəni dəmir çatışmazlığı anemiyası və ya talassemiya ilə əlaqəli ola bilər.
MCV dəyəri 100 fL-dən yuxarı olması, makrositar anemiya, yəni B12 vitamini və fol turşusu çatışmazlığını göstərə bilər.
MCV göstəricisi qan analizi nəticələrində digər göstəricilərlə birlikdə qiymətləndirilir. Bu isə xəstəliyin səbəbini daha dəqiq müəyyən etməyə kömək edir.
Eritrositdə hemoqlobinin orta konsentrasiyası
Eritrositdə hemoqlobinin orta konsentrasiyası nə deməkdir? Bilməlisiniz ki, eritrositlərin tərkibində olan hemoqlobinin miqdarı qanın oksigen daşıma qabiliyyətini müəyyən edir. Eritrositdə hemoqlobinin orta həcmi normada (MCV) 80-100 fL arasında olmalıdır. Əgər eritrositdəki hemoqlobin miqdarı normadan aşağı olarsa, bu anemiya xəstəliyi və ya digər hematoloji problemlərlə əlaqəli ola bilər. MCV göstəricisi adətən qan analizlərində eritrositdə hemoqlobinin orta həcmi ilə birlikdə qiymətləndirilir. Qanın oksigen daşıma funksiyasını tənzimləyən bu göstəricinin normada olması olduqca vacibdir.
Qanda eritrositlərin çox olması
Qanda eritrositlərin normadan çox olması nə ilə əlaqəlidir? Bu problem polisitemiya adlanan vəziyyəti yaradır və qan dövranı sistemində müxtəlif problemlərə səbəb ola bilər. Qanda eritrosit çoxluğu çox zaman bədənin daha çox oksigenə ehtiyac duyduğu halda və ya bəzi xəstəliklər zamanı baş verir. Eritrositlərin yüksək olması səbəblərinə daxil olan bir neçə amili sizinlə paylaşmaq istəyirik:
- Yüksək hündürlükdə yaşayan insanlarda
- Ağciyər xəstəlikləri zamanı
- Xroniki ürək xəstəlikləri zamanı
- Qan dopinqi və ya bəzi dərmanların istifadəsi hallarında bu hal baş verə bilər.
Qanda eritrositlərin həddindən artıq olması qan qatılaşmasına və tromb yaranmasına səbəb ola bilər ki, bu da infarkt və ya insult riskini artıran səbəblər sırasında yer alır.
Eritrositlərin çökmə sürəti çox olarsa, buna diqqət edin!
Eritrositlərin çökmə sürəti çox olarsa nə etmək olar? Bunun qarşısını almağın hansı yolları var və ya varmı deyə bir çox insanlar sual verirlər. Gəlin birlikdə tez-tez verilən sualların cavabını araşdıraq. Eritrositlərin çökmə sürəti bədəndə müxtəlif xəstəliklərin göstəricisi ola bilər. Əgər bu göstərici normadan artıqdırsa, ciddi xəstəliklərdən xəbər verə bilər. Eritrositlərin çox olması və çökmə sürətinin artması daha çox bu problemlərlə əlaqəlidir:
Xroniki iltihabi xəstəliklər zamanı yəni, artrit, autoimmun xəstəliklərin yaranması hallarında eritrosit normadan çox ola bilər.
- Bakterial və ya viral infeksiyalar zamanı qanda eritrositlər çoxala bilər.
- Xərçəng xəstəlikləri hallarında da bu problemlə rastlaşmaq mümkündür.
- Böyrək və qaraciyər problemləri həmçinin bu sıraya daxil edilir.
Əgər eritrositlərin çökmə sürəti normadan yüksəkdirsə, səbəbi müəyyən etmək üçün əlavə qan testləri və həkim məsləhəti tələb olunur. Zamanında görülən tədbir xəstəliyin öhdəsindən daha asan gəlməyə kömək olacaq. Sağlamlığınızın qeydinə qalaraq, mütəmadi müayinələr və testlərin verilməsi zəruridir.
Eritrosit azlığı
Yuxarıda eritrositlərin normadan çox olması və digər qanda baş verən anormallıqlarla bağlı bəzi məlumatlar paylaşdıq. Bəs eritrosit azlığı nə ilə əlaqəlidir bilmək istəyirsinizmi? Qeyd edə bilərik ki, eritrositlərin azalması anemiya adlanan vəziyyətə səbəb olur və bədənin toxumalarına kifayət qədər oksigen çatmamasına gətirib çıxarır. Qanda eritrositlərin azalması adətən bir neçə fərqli səbəblərdən qaynaqlana bilər:
- Dəmir, B12 və fol turşusu çatışmazlığı zamanı eritrositlər azala bilər.
- Qan itkisi zamanı yaralanmalar və ya daxili qanaxmalar zamanı
- Xroniki xəstəliklər sırasına daxil olan böyrək və qaraciyər problemləri hallarında
- Genetik qan xəstəlikləri baş verdikdə eritrosit azlığı ilə nəticələnə bilər.
Eritrosit azlığı olan insanlarda bəzi xüsusi simptomlar özünü biruzə verir. Bu simptomlara yorğunluq, başgicəllənmə, solğun dəri və nəfəs darlığı kimi əlamətlər daxildir. Qanda eritrositlərin azalması müşahidə edildikdə, müalicə fərdi şəkildə təyin edilir. Sağlam bir qan dövranı üçün eritrosit səviyyəsinin normada olması olduqca vacibdir.
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .