Bronxial Astma əlamətləri
Bronxial astma, tənəffüs yollarının xroniki iltihabi xəstəliyidir. Bu xəstəlik müxtəlif amillər səbəbindən bronxların daralması ilə müşayiət olunur. Xəstəliyin şiddətindən və tətikləyici faktorların təsirindən asılı olaraq bronxial astma əlamətləri fərqli dərəcədə özünü göstərə bilər. Bu xəstəlik zamanı əsas simptomlar arasında nələr yer alır gəlin birlikdə baxaq:
- Nəfəs darlığı
- Boğulma hissi
- Sinə bölgəsində sıxılma
- Öskürək və nəfəs alarkən fitvari səsin eşidilməsi yer alır.
Bəs, asma bronxit xəstəliyinin əlamətləri nə zaman şiddətlənə bilər? Bu xəstəlik, xüsusilə allergenlər, soyuq hava, fiziki aktivlik və ya stress zamanı daha da şiddətlənə bilər. Bronxial astma tutmaları gecə saatlarında və səhər tezdən daha çox müşahidə olunur. Çünki gecə və gündüz vaxtı bronxların həssaslığı artır. Davamlı olaraq asqırma, burun tutulması və öskürək də astmanın ilkin göstəricilərindən hesab edilir. Erkən diaqnoz qoyulduqda və müalicə tədbirləri vaxtında görüləndə xəstəliyin şiddəti azaldıla bilər. Mütəmadi olaraq profilaktik məqsədlə müayinə olunmaq və zamanında müalicə almaq tövsiyyə olunur.
Bronxial Astma təbi̇i̇ müalicəsi
Astma xəstələri üçün təbii müalicə üsulları təsirlidirmi? Təbii müalicə üsulları simptomların azaldılmasına və tutmaların qarşısının alınmasına kömək edə bilər. Bu xəstəliyin daşıyıcıları ilk olaraq təbii müalicəsi çərçivəsində düzgün qidalanmaya da diqqət yetirilməlidirlər. Bunun üçün nə edilməlidir:
- Omega-3 ilə zəngin olan qidalar iltihab əleyhinə təsir göstərərək tənəffüs yollarının rahatlanmasına kömək edir.
- Bitki mənşəli vasitələr arasında zəncəfil, bal və sarımsaq xüsusi əhəmiyyət daşıyır. Zəncəfil tənəffüs yollarını genişləndirir və bronxların rahatlamasına səbəb olur.
- Bal boğazı yumşaldır və quru öskürəyi azaldır.
- Sarımsaq isə immuniteti gücləndirərək allergik reaksiyaların qarşısını alır.
- Buxar inhalasiyası və yoqa nəfəs məşqləri də bronxial astma təbii müalicəsi metodları arasında yer alır.
- Nəfəs məşqləri bronxları açmağa kömək edir, stres və gərginliyi azaldaraq tutma riskini azaldır.
- Həmçinin astma xəstələrinin qapalı yerlərdə siqaret tüstüsündən və digər qıcıqlandırıcılardan uzaq durması vacibdir.
Bronxial astma zamanı ilk yardım
Bronxial astma zamanı ilk yardım üçün nələr edilməlidir? Bu zaman xəstənin tutma anında daha rahat nəfəs almasını təmin etmək zəruridir. Bronxial astma tutması zamanı tənəffüs yolları daralır və xəstənin sürətli müdaxiləyə ehtiyacı olur. Nəfəs darlığı hiss edildikdə təmiz hava axını təmin edilməlidir. Başqa hansı ilkin yardım göstərilə bilər?
- Xəstəni sakit və rahat bir vəziyyətə gətirmək lazımdır. Çünki stress və panika tutmanı daha da şiddətləndirə bilər.
- Bronx genişləndirici dərman və ya inhalyator tətbiq edilməlidir. Həkim tərəfindən tövsiyə olunan dərmanlar xəstənin hər zaman yanında olmalı və anında verilməlidir.
- Xəstəni təmiz havaya çıxarmaq onun rahat nəfəs almasını təmin edəcək. Otaq havasını dəyişmək, allergenlərdən uzaq durmaq nəfəs almanı yüngülləşdirə bilər.
- Rahat nəfəs texnikaları tənəffüsü normallaşdırmağa kömək edə bilər. Xəstəyə yavaş və dərin nəfəs almağı tövsiyə etmək lazımdır.
- Əgər vəziyyət pisləşirsə və ya xəstənin nəfəs alması çətinləşirsə, tibbi yardım göstərilməlidir. Bunun üçün dərhal təcili yardım çağırın.
- Bronxial astma zamanı ilk yardım qaydalarına düzgün əməl edildikdə xəstənin vəziyyəti sabitləşə bilər və ağırlaşmaların qarşısı alına bilər.
Asma bronxit irsidirmi?
Astma və bronxitin irsilik faktoru bir çox araşdırılmalar nəticəsində təsdiqlənmişdir. Asma bronxit xəstəliyi genetik faktorlarla əlaqəli ola bilər. Əgər xəstənin valideynlərindən birində və ya hər ikisində astma və ya bronxit varsa, övladlarında da bu xəstəliyin yaranma ehtimalı artır. Amma bu o demək deyil ki, bu xəstəlik ancaq irsi yolla keçir. Astma və bronxitin yaranmasına eyni zamanda, ətraf mühit faktorları da təsir edir. Bu xəstəliklərin meydana çıxmasını sürətləndirən amillər arasında hava çirkliliyi, allergenlər və siqaret tüstüsü yer alır. Kiçik yaşlarından davamlı tənəffüs yolu infeksiyalarına məruz qalmaq və immun sistemin zəif olması da astma və bronxitin inkişaf riskini artırır. Soruşa bilərsiniz ki, erkən müdaxilə zamanı bu xəstəliyin inkişafının qarşısı alına bilərmi? Bəli, bəzi hallarda, asma bronxit xəstələrinin vəziyyəti erkən müdaxilə ilə nəzarətdə saxlanıla bilər. Bunun üçün nə edilməlidir:
- Düzgün həyat tərzi
- Allergenlərdən uzaq durmaq
- Mütəmadi tibbi nəzarət
Sadalanan amillər sayəsində xəstəliyin simptomlarını azaltmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq mümkündür. İrsi faktorlarla yanaşı, bronxit asma xəstələrinin qidalanma və nəfəs yollarının qorunması ilə bağlı tədbirlər görmək vacibdir. Belə olan halda xəstəliyin ağırlaşmasının qarşısı alına bilər. Müalicə və profilaktik tədbirlər düzgün tətbiq edildikdə, asma və bronxit xəstələri daha rahat həyat tərzi keçirə bilərlər.
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .