Allergik bronxit əlamətləri
Allergik bronxit, tənəffüs yollarının müxtəlif allergenlərə həssaslığı nəticəsində yaranan xəstəlikdir. Allergik bronxit əlamətləri əsasən allergenlərlə təmasda olduqda şiddətlənir və allergenlərdən uzaqlaşdıqda azalmağa başlayır. Bundan əlavə, bəzi hallarda burun tutulması, göz sulanması və dəridə qaşınma da müşahidə edilə bilər. Bu vəziyyət, adətən:
- Toz
- Polen
- Heyvan tükləri
- Kif göbələkləri
- Kimyəvi maddələr kimi allergenlərə məruz qaldıqda ortaya çıxır.
Allergik bronxit əlamətləri digər bronxit növlərindən əsas fərqi infeksiyadan deyil, allergik reaksiyadan qaynaqlanmasıdır. Xəstəliyin əsas simptomları arasında nələr yer alır gəlin birlikdə baxaq:
- Uzunmüddətli öskürək
- Nəfəs darlığı
- Döş qəfəsində sıxılma hissi
- Nəfəs alarkən xırıltılı səslərin eşidilməsi
Bu xəstəlik xüsusilə mövsümi dəyişikliklər zamanı özünü daha çox büruzə verir. Yaz və payız aylarında havadakı polen miqdarı artdığı üçün allergik bronxit tutmaları daha tez-tez baş verə bilər. Bəzi hallarda bu vəziyyət xroniki hala keçə bilər və astmaya çevrilmə riski yarana bilər. Buna görə də, xəstəliyin erkən diaqnozu və müalicəsi çox vacibdir.
Allergik bronxitin təbi̇i̇ yolla müali̇cəsi
Allergik bronxitin müalicəsi əsasən simptomları yüngülləşdirməyə və allergenlərdən qorunmağa yönəlib. Allergik bronxit müalicəsi zamanı təbii üsullardan istifadə etmək mümkündür, lakin ciddi hallarda həkim müdaxiləsi tələb olunur. Təbii üsullarla müalicə yolları:
- Evdə hava nəmləndiricilər və hava filtrləri istifadə etmək bronxları rahatlaşdırır, allergenlərin miqdarını azaldır.
- Zəncəfil, ballı-limonlu çay və yaşıl çay nəfəs yollarının açılmasına kömək edir və iltihabı azaldır.
- Duzlu su ilə burun və boğazın təmizlənməsi nəfəs yollarını yumşaldır və iltihabın azalmasına kömək edir.
- Bal və sarımsaq istifadəsi immuniteti gücləndirərək allergik reaksiyanı azalda bilər.
- Süni qatqılar və allergik reaksiyaya səbəb ola biləcək qidalardan uzaq durmaq bronxitin təkrarlanma riskini azaldır. Bunun üçün sağlam qidalanmaq vacibdir.
Allergik bronxit müalicəsi üçün təbii üsulların faydalı olduğu sübut edilmişdir. Xəstəliyin şiddətindən asılı olaraq bəzi hallarda dərman müalicəsi tələb oluna bilər. Buna görə də, simptomlar şiddətləndikdə mütləq həkim məsləhəti alınmalıdır.
Bronxit allergiya zamanı nə etməli?
Bronxit allergiya ilə əlaqəli olduqda, allergenlərdən uzaq durmaq və simptomları yüngülləşdirmək lazımdır. Bu, həm həyat tərzi dəyişikliklərini, həm də lazımi tibbi müdaxilələri əhatə edən bir prosedurdur. Diqqətlə izlənilməli və nələrə allergiyanın olduğunu təyin etməlisiniz. Əsasən görülməli tədbirlər bunlardır:
- Tozlu və tüstülü mühitlərdə olmaqdan çəkinmək, yataq dəstlərini tez-tez dəyişmək və ev heyvanları ilə təmasdan qaçmaq faydalıdır.
- Nəfəs yollarını açmaq və bəlğəmin çıxmasını təmin etmək üçün effektiv üsul olan isti duş və buxar inhalasiyası edin.
- Su, bitki çayları və təbii meyvə şirələri içmək iltihabı azaldaraq tənəffüsü rahatlaşdırır.
- Dərin nəfəs texnikaları bronxları rahatladaraq tutmaları yüngülləşdirə bilər.
- Əgər bronxit allergiya uzun müddət davam edirsə və ya simptomlar ağırlaşırsa, mütləq mütəxəssisə müraciət etmək lazımdır.
Bu tədbirlər allergik bronxitin qarşısını almağa və mövcud simptomları idarə etməyə kömək edə bilər. Qeyd edilən bütün addımları keçdikdən sonra hələ də simptomlarda yüngülləşmə olmursa həkim məsləhəti almağı gecikdirməyin.
Allergik bronxit uşaqlarda
Allergik bronxit uşaqlarda immun sisteminin allergenlərə həddindən artıq reaksiya verməsi nəticəsində yaranır. Yuxarıda qeyd etdiyimiz kimi xüsusilə toz, polen, ev heyvanlarının tükləri və bəzi qida allergiyaları bu xəstəliyin əsas səbəbləridir.
Uşaqlarda bu xəstəlik əsasən gecələr və səhər saatlarında daha şiddətli öskürəklə müşahidə edilir. Xırıltılı nəfəs, döş qəfəsində sıxılma hissi, allergik burun tutulması və davamlı öskürək ən çox rast gəlinən simptomlar arasında yer alır. Allergik bronxit uşaqlarda uzun müddət müalicə olunmazsa, xroniki hala keçmə ehtimalı yüksəkdir. Bu zaman isə astma kimi ciddi problemlərə səbəb ola bilən daha ağır xəstəlik özünü biruzə verə bilər.
Xüsusi tədbir olaraq allergenlərlə müntəzəm təmasdan qaçmaq, havanın keyfiyyətini artırmaq və uşağın immun sistemini gücləndirmək xəstəliyin qarşısının alınmasında əsas rol oynayır. Sadalanan nüanslara diqqət etsəniz və mütəmadi olaraq yoxlanışdan keçsəniz, xəstəliyin inkişafının və daha ağır xəstəliyə çevrilməsinin qarşısını ala bilərsiniz.
Uşaqlarda allergik bronxit
Uşaqlarda allergik bronxit hansı hallarda daha ağır keçir? Bu xəstəlik xüsusilə immuniteti zəif olan uşaqlarda daha ağır keçir. Erkən diaqnoz və düzgün müalicə simptomların yüngülləşdirilməsi üçün vacibdir. Uşaqlarda allergik bronxitin qarşısını almaq üçün görülməli tədbirlər:
- Allergenlərdən uzaq durmaq
- Havanın keyfiyyətini yaxşılaşdırmaq
- İmmun sistemini gücləndirmək
- Təbii inhalasiya üsulları
- Həkim tərəfindən təyin olunan dərmanlardan istifadə
Uşaqlarda allergik bronxit düzgün nəzarət edildikdə ağırlaşmaların qarşısı alına bilər. Valideynlərin bu məsələdə diqqətli olması vacibdir. Müalicə və profilaktik tədbirlər düzgün tətbiq edilməli, xəstəliyin ağırlaşmasının qarşısı alınmalıdır. Ev şəraitində bunu edə bilmirsinizsə, mütləq peşəkar tibb işçilərinə müraciət edin!
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .